Bakıda təcili yardım xidmətinə hər gün 2 minədək çağırış daxil olur

Bakıda təcili yardım xidmətinə hər gün 2 minədək çağırış daxil olur

Ölkəmizdə təcili tibbi yardim xidmətinin işinin yüksək səviyyədə təşkilinə böyük əhəmiyyət verilir. Təkcə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) gündəlik orta hesabla 2 minə qədər çağırış daxil olur. Görülən tədbirlər nəticəsində bu ilin yanvar-iyun ayları ərzində çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən yayılan məlumatda bildirilir. Qeyd olunur ki, hazırda səhiyyənin digər istiqamətləri kimi, Bakı şəhər TTTYS-nın da işi yüksək səviyyədə təşkil olunub, iş prinsipi, tibbi avadanlıqlarla təchizatı müasir standartlara uyğundur. Ümumilikdə, yanvar-iyun aylarında stansiyaya 300 mindən artıq müraciət daxil olub. Bütün çağırışlar ilk növbədə icra edilməsi baxımından çeşidlənərək bölmə həkimlərinə ötürülür və yerinə yetirilir. Müraciət edənlərdən 25 mindən artıq şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. Çağırışların təqribən 37 mini uşaqlarla bağlı olub və 5 minə yaxın uşaq təcili yardım maşını ilə stasionarlara çatdırılıb.
Məlumatda vurğulanır ki, bu ilin birinci yarısında miokard infarktı ilə 480 nəfər müraciət edib, onlardan 465 nəfər hospitalizasiya olunub. İnsultla bağlı 1500 müraciət, 1400 hospitalizasiya, doğuşla bağlı 1600 müraciət, 1590 hospitalizasiya, avtoqəza zamanı xəsarət alanlarla bağlı 900 müraciət, 800-dən artıq hospitalizasiya olub. Xəstələrin müalicə tədbirlərinin davam etdirilməsi məqsədi ilə evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.
Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.
Eyni zamanda, pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilir. Belə ki, paytaxtın doğum evlərində və ya uzaq rayonlarda anadan olmuş, az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə gətirilərək, Respublika Perinatal Mərkəzinə və K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya edilib.
Stansiya öz işinin digər tibb müəssisələri ilə sıx əlaqəli şəkildə təşkilinə xüsusi diqqət yetirir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanalarına məlumat verilir. “103” xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, həmçinin hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bölmələrin hamısının internet vasitəsilə vahid şəbəkəsi yaradılıb, bu da şöbələr arasında əlaqəli işin keyfiyyətini yüksəltməyə, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almağa kömək edir.
TTTYS əhalinin tibbi xidmətdən razılığını da araşdırır. Əməliyyat, hospital və müalicə metodik işlərin təşkili şöbələrinin böyük həkimləri tərəfindən ünvanlara zəng edilərək, pasiyentlərə göstərilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır.
Məlumatda bildirilir ki, 2016-cı ilin əvvəlindən bu günədək Bakı şəhər TTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri də daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.
Stansiyanın bütün həkimləri sertifikasiyadan keçiblər. Hazırda orta tibb işçilərinin sertifikat almaları istiqamətində müvafiq işlər aparılır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova