"Tibb qəzeti"nin 25 yaşı tamam oldu

"Tibb qəzeti"nin 25 yaşı tamam oldu

Səhiyyə Nazirliyinin mətbuat orqanı olan “Tibb qəzeti” 25 illiyini qeyd edir. 1991-ci il yanvarın 5-dən çap olunan, əvvəllər “Şəfqət” adı ilə dərc edilən qəzet 2007-ci ildən yeni adla çıxır.
Qəzetin səhifələrində ölkədə səhiyyə sahəsində baş verən yeniliklər, səhiyyə qanunvericiliyində, səhiyyənin təşkili qaydalarında dəyişikliklər öz əksini tapır, dünyada və Azərbaycanda tibb elminin nailiyyətləri əks olunur. Burada həmçinin səhiyyə sahəsində beynəlxalq əlaqələr, Azərbaycanda yeni tətbiq olunan müalicə metodları və nadir əməliyyatlar haqqında məlumatlar, əczaçılıq xəbərləri, jurnalist araşdırmaları, maraqlı şəxsiyyətlərlə müsahibələr də yer alır.
Səhiyyə müəssisələrində vakant yerlər haqqında elanlar da yalnız bu ixtisaslaşmış nəşrdə dərc olunur.
“Tibb qəzeti” ayda bir dəfə, 21 900 nüsxə tirajla nəşr edilir. Azərbaycanın bütün şəhər və rayonlarında, hətta ucqar kəndlərində fəaliyyət göstərən dövlət tibb müəssisələri, bir çox apteklər bu qəzetə abunədir. Bu isə o deməkdir ki, ölkəmizin tibb ictimaiyyəti səhiyyə sahəsində baş verən yeniliklərdən məhz “Tibb qəzeti” vasitəsilə xəbər tutur.
İndi qəzet oxuculara daha yaxın olub – www.tibbqazeti.az saytında materialların elektron versiyası ilə də tanış olmaq mümkündür. İl ərzində sayta 120 mindən artıq baxış olub.
Yeni ildə qəzetin yeni planları, yeni layihələri var. Ümid edirik ki, onlar da çoxsaylı oxucularımız üçün maraqlı olacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova