Faciəli qəzada zərər çəkən neftçilərin müalicəsi davam etdirilir

Faciəli qəzada zərər çəkən neftçilərin müalicəsi davam etdirilir

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən altısının müalicəsi davam edir və onların durumu qənaətbəxşdir. Bu haqda bizə MNX-nın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verdi.
Müsahibimiz qeyd etdi ki, dekabrın 4-ü axşam saatlarında baş verən güclü yanğından xilas edilmiş 33 nəfərdən 32-si Mərkəzi Neftçilər Xəstəxanasında nəzarətə götürülüb. Onun sözlərinə gözə, ağır yaralı olan 7 nəfər elə həmin gün, qalanları isə növbəti günlərdə MNX-na müayinə və müalicə üçün gətirilib. Qəzada xilas edilənlərdən biri ağır yanıq xəsarətləri ilə əvvəlcə MNX-na daxil olsa da, burada xəstəxananın həkimləri tərəfindən müəyyən tibbi yardım göstərildikdən sonra Respublika Yanıq Mərkəzinə göndərilib.
N.Mehdiyev ümumilikdə 25 nəfərin stasionar, qalanlarının isə ambulator müalicəyə cəlb olunduğunu dedi: “Stasionar müalicə alanlardan 19-nun vəziyyəti yaxşılaşıb və onlar müalicələrini ambulator şəkildə davam etdirmək şərti ilə evə yazılıblar.
Stasionara pasiyentlər əsasən travmatik problemlərlə qəbul ediliblər. Onlara mütəxəssislər tərəfindən qabırğaların, bazu sümüyünün sınığı, kəllə-beyin travması, baş beyinin silkələnməsi, əzilmiş, kəsilmiş, cırılmış yaralar və s. diaqnozlar qoyulub və bu diaqnozlara uyğun müalicə təyin edilib. Zərərçəkmişlər xüsusi diqqət və qayğı ilə müalicə edilirlər. Qəzada travma alanlardan bir nəfər sağ bazu sümüyünün orta üçdə birinin qapalı yerdəyişmiş sınığı, bazunun çıxığı, sağ mil sümüyünün posttravmatik nevriti diaqnozu ilə əməliyyat edilib. Əməliyyat çox uğurlu keçib, sümük və sinirlər bərba olunub”.
Baş direktorun müavini zərərçəkənlərə, eyni zamanda, psixoloji yardım göstərilməsi üçün xəstəxanaya psixoloqların da dəvət edildiyini bildirdi.
Nadir Mehdiyev sonda qeyd etdi ki, baş verən faciə nəticəsində zədələnənlərə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün Mərkəzi Neftçilər Xəstəxanasının mütəxəssisləri əllərindən gələni əsirgəmir, var qüvvələri ilə çalışırlar. Qalan 6 xəstənin də Yeni ilə qədər ambulator müalicəyə göndərilməsi planlaşdırılır.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova