İordaniya Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır
Səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyə, tibb elmi, əczaçılıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini31-07-2026, 12:39




