Böyük zəhmətin böyük bəhrəsi
Hər il olduğu kimi, bu dəfə də Səhiyyə Nazirliyi köhnə ilin hesabatını elə köhnə ildə verdi. Dekabrın 29-da keçirilən, 2014-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasını səhiyyə naziri Oqtay Şirəliyev açdı.
İlk çıxış edən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Prezident İlham Əliyevin sosial yönümlü siyasəti sayəsində il ərzində səhiyyənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışdı.
Avropada ən yüksək təbii artım göstərici Azərbaycandadır
Son illər demoqrafik və tibbi statistik göstəricilərin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını diqqətə çatdıran G.Poladov 2014-cü ildə doğum göstəricisinin əhalinin hər 1000 nəfərinə 18,3-ə, ölüm göstəricisinin isə 5,8-ə bərabər olduğunu bildirdi. Təbii artım göstəricisinin 12,5 təşkil etdiyini, bunun Avropa ölkələri arasında ən yüksək göstərici olduğunu dedi.
Səhiyyəyə ayrılan büdcə vəsaitinin son 5 ildə 2 dəfədən çox artırıldığını söyləyən şöbə müdiri qeyd etdi ki, bu, bir çox tibb müəssisələrində tikinti və yenidənqurma işlərinin aparılmasına, onların ən yüksək səviyyədə təchizatına imkan verib: “Təkcə bu il 18-i Bakıda, 48-i regionlarda olmaqla, 66 tibb ocağında təmir-tikinti işləri aparılıb. Görülən tədbirlər nəticəsində xəstəxana çarpayılarının işinin səmərəliliyi əhəmiyyətli dərəcədə artıb, onların məşğulluq göstəricisi son 5 ildə 2 dəfə yüksəlib. Ambulator müraciətlərin sayı da 2009-cu illə müqayisədə bu il 30 faiz çoxalıb”.
G.Poladov əhaliyə göstərilən tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə dövlət proqramlarının xüsusi rolunu qeyd etdi, bu proqramlar çərçivəsində görülən işlər, əldə edilən uğurlar barədə məlumat verdi: “Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi problemi artıq öz həllini tapıb. Ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən 32 hemodializ mərkəzində 2600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur. Bu mərkəzlərdən 3-ü (Astara, İsmayıllı və Tovuz rayonlarında) bu il istifadəyə verilib. 2014-cü ildə böyrəkköçürmə əməliyyatlarının sayı da artıb – 61 belə əməliyyat icra olunub.
Ana və uşaq sağlamlığının qorunması dövlətin sosial siyasətinin ən vacib istiqamətlərindəndir. Qəbul olunan “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun və Dövlət Proqramı, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” bunu bir daha sübut edir. İlkin məlumatlara görə, 2014-cü ildə uşaqların 90 faizdən çoxu müayinə edilib, onların 3,4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülüb, 5,1 faizi isə müalicə tədbirlərərinə cəlb olunub.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı artıq ölkəmizdə diridoğulmanın beynəlxalq meyarları qəbul olunub və 2015-ci il yanvarın 1-dən tətbiq edilməyə başlanacaq.
Ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.
Görülən tədbirlər nəticəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika əldə edilib. Əgər 2009-cu ildə ölkədə körpə ölümü göstəricisi 11,3 promille idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enib. Ana ölümü əmsalı hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub.
Şəkərli diabet və onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb. Bu il qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı 2013-cü illə müqayisədə təxminən 13% artsa da, bu xəstəlikdən ölüm göstəricisi eyni səviyyədə qalıb. Onkoloji xəstəliklərdən ölüm göstəricisi isə ötən illə müqayisədə hər 100 min nəfərə 68,7-dən 64-dək azalıb. Bu sahədə görülən tədbirlərin daha da gücləndirilməsi məqsədilə “Onkoloji xəstəliklərə qarşı mübarizəyə dair Dövlət Proqramı”nın layihəsi hazırlanaq hökumətə təqdim edilib”.
Talassemiya və hemofiliyadan ölüm halları dəfələrlə azalıb
Şöbə müdiri məlumat verdi ki, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir: “Əhalinin donorluğa aktiv cəlb edilməsi sayəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2009-cu ildə 19,6 ton qan tədarük edilmişdisə, 2014-cü ildə bu rəqəm 33 tona çatdırılıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
Talassemiya və hemofiliyalı xəstələrin müalicəsində də müsbət nəticələr əldə edilib. Onların ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb. 2014-cü ildə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılıb.
Nikaha daxil olmaq istəyənlərin öncədən tibbi müayinədən keçməsi barədə Ailə Məcəlləsində dəyişikliklər edilməsi də talassemiya ilə mübarizə sahəsində daha bir addımdır”.
Gülmirzə Poladov son illər Azərbaycan kardiocərrahiyyəsinin də sürətlə inkişaf etdiyini, mütəxəssislərimizin hətta birgünlük körpə üzərində də açıq ürək əməliyyatı aparmağa qadir olduğunu diqqətə çatdırdı. 2014-cü ildə Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 1700-ə yaxın açıq ürək əməliyyatının həyata keçirildiyini dedi.
Şöbə müdiri dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində bu xəstələrin müayinə və müalicəsinin aparıldığını vurğuladı. Həmçinin 2014-cü ildə Səhiyyə Nazirliyi tərəfindən “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Tədbirlər planının təsdiq edildiyini və hazırda uğurla həyata keçirildiyini bildirdi.
Dərmanların qiymətini dövlət tənzimləyəcək
Bu gün nəinki idarəolunan, eləcə də bir sıra digər infeksiyaların profilaktikası üzrə nəzərəçarpan nailiyyətlər qazanıldığını, ölkəmizdə epidemioloji sabitliyin təmin edildiyini diqqətə çatdıran natiq hətta Avropa ölkələri üçün də qabaqcıl sayılan milli peyvənd təqviminə əsasən uşaqların 11 xəstəliyə qarşı vaksinasiya edildiyini dedi: “Vərəmli xəstələrin aktiv müalicəyə cəlb edilməsi, genişmiqyaslı profilaktik tədbirlər görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması sayəsində ötən illə müqayisədə bu il ilkin xəstələnmə təxminən 8 faiz azalıb. Vərəmdən ölüm hallarının sayında da azalma var.
Son illər viruslu hepatitlərə yoluxanların sayının artmasını nəzərə alaraq, cari ildə hepatit diaqnozunun müəyyən edilməsi, müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya yaradılıb. Oraya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alırlar. Müalicə zamanı istifadə olunacaq virus əleyhinə preparatlar İnnovasiya və Təchizat Mərkəzi tərəfindən gətirilib və yanvar ayından xəstələrin bu dərmanlarla təminatına başlanılacaq.
Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində də təsirli tədbirlər həyata keçirilib. Ölkə ərazisində fəaliyyət göstərən apteklərə mütəmadi baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbirlər görülür. Azərbaycanda qeydiyyata alınmış dərman vasitələrinin qiyməti bundan sonra dövlət tərəfindən tənzimlənəcək. Bu məsələ “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdə öz əksini tapıb”.
Özəl səhiyyənin inkişafının da Nazirliyin diqqət mərkəzində olduğunu vurğulayan şöbə müdiri hazırda ölkəmizdə 600-dən çox özəl tibb müəssisəsi və kabinetinin fəaliyyət göstərdiyini, onlarda yaradılan şərait və xidmətin keyfiyyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi araşdırıldığını qeyd etdi. Bildirdi ki, il ərzində 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktı aşkarlanıb, 75 halda cərimə tətbiq edilib, 4 halda lisenziya ləğv olunub, 5 halda isə onun fəaliyyəti dayandırılıb.
Elektron xidmətlər və beynəlxalq əlaqələr inkişaf edir
G.Poladov il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların Səhiyyə Nazirliyinə 19 mindən artıq müraciətinə baxıldığını, araşdırmalar aparılaraq müvafiq tədbirlər görüldüyünü diqqətə çatdırdı. Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən, səhiyyə nazirinin 12 regionda vətəndaşlarla görüşünün təşkil olunduğunu, 358 nəfərin qəbul edildiyini dedi.
Tibb təhsili və kadr hazırlığı məsələlərindən danışan natiq bəzi regionlarda orta tibb kadrlarına yüksək tələbatı nəzərə alaraq yeni yaradılmış Cəlilabad, Quba və Saatlı tibb kolleclərinin 2014/2015-ci tədris ilindən fəaliyyətə başladığını bildirdi. “Rəhbər kadrların gücləndirilməsi işinə də böyük diqqət yetirilib, bu vəzifələrə 42 yeni kadr təyin edilib.
Bu il digər dövlət qurumları ilə informasiya mübadiləsinin inkişafı məqsədilə 5 rəsmi statistik forma və tibbi arayış tam elektronlaşdırılıb və 500-dən çox tibb müəssisəsində tətbiq olunub. Ölkə üzrə qan ehtiyatlarının monitorinqinin avtomatlaşdırılması məqsədi ilə “Vahid Qan Bankı Sistemi” təkmilləşdirilib. Dövlət proqramlarına uyğun olaraq, müxtəlif xəstəliklər üzrə tibbi elektron registrlər yaradılıb və inkişaf etdirilib, onların sayı 16-ya çatdırılıb”.
Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını, əlaqələrinin genişləndiyini deyən şöbə müdiri 2014-cü ildə bir sıra dövlətlərlə imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair sazişlər çərçivəsində Türkiyə, İtaliya, Belarus, Latviya və Litva ilə işçi qruplar səviyyəsində görüşlər keçirildiyini vurğuladı.
Çıxışının sonunda Gülmirzə Poladov bildirdi ki, bütün deyilənlər 2014-cü ilin səhiyyəmiz üçün çox uğurlu olduğuna dəlalət edir.
64 saxta diplom aşkarlandı
Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Şabruz Novruzova 2014-cü ildə kadr siyasəti, elm və təhsilin inkişafı istiqamətində ənənəvi fəaliyyətlə yanaşı, bir sıra yeni, əhəmiyyətli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı: “Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə 53 həkim Avropanın nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırıblar.
Əgər ötən il mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə 156 həkim işə qəbul edilmişdisə, 2014-cü ildə bu göstərici 632 olub”.
Natiq cari ildə kadrlar, elm və təhsil şöbəsində sənədlərin araşdırılması prosesində 64 saxta diplomun aşkarlandığını və Nazirliyin Hüquq və daxili nəzarət sektoruna təqdim edildiyini diqqətə çatdırdı.
Ş.Novruzova bu il Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi qaydaları”nın təsdiq edildiyini, müvafiq Komissiyanın qərarı əsasında ilk dəfə 46 nəfər rezidentin təyinatla iş yerlərinə göndərildiyini qeyd etdi. O, gözdən əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 2014/2015-ci tədris ilindən qəbul planına salınmış “İdman və müalicə masajı” ixtisası üzrə 12 nəfər belə şəxsin 1 nömrəli Bakı Tibb Kollecinə qəbul olunduğunu vurğuladı.
Şabruz Novruzova növbəti ildə tamamlanması planlaşdırılan tədbirlər barədə də məlumat verdi.
Leykozlu xəstələr xaricə getməyəcək
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov rayon tibb müəssisələrinin dərmanla təchizatı məsələsinin Səhiyyə Nazirliyinə həvalə olunmasını ilin müsbət hadisələrindən biri kimi qiymətləndirdi. Baş həkim Respublika Klinik Xəstəxanasının 22 nəfərdən ibarət həkim briqadasının əhaliyə tibbi xidmət göstərmək üçün Naxçıvan Muxtar Respublikasına ezam edildiyini, orada 2238 nəfərin müayinə olunduğunu, 58 nəfər üzərində isə müxtəlif əməliyyatların həyata keçirildiyini bildirdi.
Respublikanın baş hematoloqu Çingiz Əsədov bu il Milli Məclis tərəfindən Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, nikaha girən gənclərin icbari qaydada tibbi müayinədən keçməsini talassemiyanın profilaktikası baxımından çox müsbət hadisə kimi dəyərləndirdi. Bildirdi ki, bu, il ərzində təxminən 180 min nəfərə qədər insanın talassemiyaya görə müayinədən keçməsi deməkdir.
Ç.Əsədov bu il leykozlu xəstələrə tibbi yardımın göstərilməsi sahəsində də əhəmiyyətli dönüş baş verdiyini dedi. O, ölkəmizdə leykozun diaqnostikası sahəsində yeni üsulların tətbiqinə başlanıldığını və beləliklə, bu xəstəliklərin ən müasir üsullarla diaqnostikasına və müalicəsinə şərait yaradıldığını vurğuladı. Baş mütəxəssis bundan sonra leykozlu xəstələrin müalicə üçün xarici ölkələrə üz tutmasına heç bir ehtiyac qalmayacağını bildirdi.
Epidemik parotit 8 dəfə azalıb
Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə komissiyanın sədri Rüstəm Hüseynov bu qurumun həyata keçirdiyi işlərdən danışdı, diridoğulmanın beynəlxalq meyarlarına uğurlu keçid üçün ölkəmizdə aparılan ciddi hazırlıq işləri barədə məlumat verdi. O, Azərbaycanda bütün 2-ci səviyyəli doğuşayardım müəssisələrinin yüksək texnoloji avadanlıqla, həmçinin ekstremal aşağı, çox aşağı çəkili yenidoğulmuşlar üçün həyati əhəmiyyətli əvəzedici terapiya preparatı sayılan surfaktantla lazımi miqdarda təmin edildiyini dedi. Bütün perinatal mərkəzlərdə neonatoloqlar üçün surfaktantın istifadəsi ilə yenidoğulmuşların ilkin reanimasiyası üzrə təlimlər keçirildiyini bildirdi.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində görülən işlərdən, stabil epidemioloji vəziyyətin təmin edilməsindən danışdı. Səmərəli profilaktik və əks-epidemik tədbirlərin həyata keçirilməsi sayəsində ölkəmizdə idarəolunan xəstəliklərdən difteriya, poliomielit, qızılca, məxmərək, göyöskürəyə təsadüf edilmədiyini, epidemik parotitin 2013-cü illə müqayisədə 8 dəfə azaldığını vurğuladı.
Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasının mütəxəssisi Rəhim Əliyev “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
5 saylı Uşaq Poliklinikasının baş həkimi Ədilə Hüseynova uşaqların sağlamlığının qorunması, sağlam gənc nəslin yetişdirilməsi işinə dövlət tərəfindən ciddi yanaşıldığını, bu sahədə önəmli işlərin həyata keçirildiyini dedi. Bu baxımdan uşaqların icbari dispanserizasiyasını xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirdi.
“Səhiyyə ilə bağlı bütün məsələlər Prezident İlham Əliyevin diqqətindədir”
Sonda yekun nitqi ilə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə bütün sahələrin inkişaf etdiyini, səhiyyənin də yüksək tərəqqi yolunda olduğunu dedi: “Əldə edilən nailiyyətlərin dəyərini bilmək üçün dünənki günü də unutmamalıyıq. Bir neçə il öncə səhiyyəmiz, həqiqətən, çox ağır vəziyyətdə idi. Elə çətin bir dövrdə ölkə başçısı ilk növbədə regionlarda diaqnostika mərkəzlərinin yaradılması ilə bağlı Dövlət Neft Şirkətinə tapşırıq verdi. İlk belə mərkəzin yaranmasından artıq 10 ilə yaxın zaman keçir. Hər biri ən müasir səviyyədə tikilən və təchiz olunan bu tibb müəssisələrində bu gün hətta açıq ürək əməliyyatları aparılır.
Ən ağır vəziyyətdə olan sahələrdən biri təcili yardım xidməti idi. Ölkə başçısının digər bir önəmli addımı da bu sahənin inkişaf etdirilməsi ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə bu xidmətin işi yüksək səviyyəyə çatdırılıb, təcili yardım xidməti sistemi yaradılıb.
Eyni zamanda, ötən illər ərzində Bakıda, digər şəhərlərdə, rayonlarda 600-ə yaxın tibb müəssisəsi yenidən tikilərək və ya əsaslı təmir olunaraq, təchiz edilərək, əhalinin istifadəsinə verilib.”.
Səhiyyə naziri bildirdi ki, əvvəllər səhiyyə xidmətinə həsəd apardığımız ölkələr indi bizim səhiyyə sistemimizə qibtə edirlər: “Bir neçə il öncəyə qədər səhiyyəmizlə bağlı xəyal kimi görünən şeylər bu gün reallığa çevrilib. İrsi qan xəstəlikləri ilə bağlı problem bizim yaralı yerimiz idi. Heydər Əliyev Fondu tərəfindən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması bu problemin həlli istiqamətində önəmli hadisə oldu.
Avropa ölkələrinin bəzilərində həyata keçirilən sümük iliyi transplantasiyası bu gün Respublika Talassemiyya Mərkəzində də aparılır. Çox böyük vəsait və xüsusi mütəxəssislər tələb edən bu əməliyyatın belə qısa zamanda ölkəmizdə həyata keçiriləcəyinə heç kim inanmirdi. Amma bu il ərzində 10 belə əməliyyat uğurla aparıldı. İlk əməliyyatlar belaruslu mütəxəssislərlə birgə icra edilirdisə, artıq gələn ildən yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu sümük iliyi transplantasiyasını müstəqil surətdə həyata keçirəcək.
Bir neçə il öncəyə qədər kardiocərrahiyyə sahəsində problemlər haqlı olaraq tez-tez gündəmə gətirilirdi, hətta Milli Məclisdə müzakirələrə səbəb olurdu. Ölkəmizdə uşaqlar ürək çatışmazlığından tələf olurdular. Onların bəziləri Heydər Əliyev Fondu tərəfindən xaricə müalicəyə göndərilirdi. İndi isə Azərbaycanda yüzlərlə belə əməliyyat həyata keçirilir.
Əvvəllər hemodializli xəstələr ölümə məhkum insanlar idi, bəziləri pulsuz dializ üçün hətta həftədə 3 dəfə digər bölgələrdən Bakıya gəlməyə razı idilər. İndi 3000-ə qədər insan dövlət hesabına Bakı şəhərində və regionlarda yaradılmış hemodializ mərkəzlərində müalicə alır. Hazırda bir neçə müəssisədə böyrək transplantasiyası əməliyyatları aparılır.
Dağınıq skleroz da çox böyük vəsait tələb edən ağır problem idi. Artıq 700-ə qədər dağınıq skleroz xəstəsi dövlət hesabına müalicə olunur.
Bir neçə il öncəyə qədər şəkərli diabetlə bağlı bizə çoxsaylı müraciətlər olurdu. Bu sahədə də problemlər həll edildi. İndi nə dağınıq sklerozla, nə xroniki böyrək çatışmazlığı ilə, nə də şəkərli diabetlə bağlı bizə, demək olar ki, müraciət edilmir. Bu da təsadüfi deyil. Həmin sahələr üzrə komissiyalar fəaliyyət göstərir və onların qərarları çox dəqiq həyata keçirilir”.
Səhiyyə naziri artıq hepatit xəstəliyi ilə bağlı problemlərin həlli istiqamətində də lazımi işlərin görüldüyünü diqqətə çatdırdı. Yüksək səviyyəli mütəxəssislərdən ibarət komissiyanın yaradıldığını deyən O.Şirəliyev ehtiyacı olan hər bir xəstənin müalicəsinin həyata keçiriləcəyini, vaxtında lazımi dərman preparatları ilə təmin ediləcəyini bildirdi. Nazir bəzi “mütəxəssis”lərin öz maddi maraqları naminə insanları ehtiyac olmadan müalicəyə cəlb etməsini də pislədi: “Komissiya fəaliyyətə başlayandan sonra müəyyən edilib ki, müraciət edən 10 nəfərdən 8-nin ümumiyyətlə müalicəyə ehtiyacı yoxdur”.
Oqtay Şirəliyev bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının böyük bir hissəsinin uşaqlarla bağlı olduğunu xatırlatdı. Ölkəmizdə uşaqların dispanserizasiyasının həyata keçirilməsi üçün lazımi imkanlar yaradıldığını, vəsait ayrıldığını dedi: “Xroniki xəstəliklərlə bağlı dispanser qeydiyyatda olan uşaqların 55 faizi qeydiyyatdan çıxarılıb. Bu o deməkdir ki, onların xəstəliyi vaxtında aşkar edilməsəydi, vaxtında müalicə olunmasaydılar, ömürlük xəstə, əlil insan kimi qalacaqdılar. Heç bir ölkədə insanların sağlamlığına bu cür dövlət qayğısı yoxdur. Yaşından, vəzifəsindən, şəxsiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız dövlətin ona diqqətini hiss edir. Bunun nəticəsidir ki, sadə insanların öz dövlətinə, onun rəhbərinə inamı artır”.
Nazir ölkə başçısının tapşırığı ilə dövlət orqanlarının rəhbərlərinin əhali ilə görüşlər keçirdiyini, bu tədbirlərdə aydan-aya müraciətlərin azaldığını diqqətə çatdırdı. İnsanların səhiyyə sahəsindəki hansısa problemlə əlaqədar deyil, əsasən ozünün və ya ailə üzvünün səhhətindəki problemlə əlaqədar qəbula gəldiklərini dedi.
Səhiyyə ilə bağlı bütün məsələlərin Prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayan O.Şirəliyev bu sahənin ildən-ilə daha da inkişaf edəcəyini bildirdi.
Səhiyyə işçiləri təltif edildilər
Daha sonra səhiyyə naziri O.Şirəliyev əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işçilərinə Səhiyyə Nazirliyinin mükafatlarını təqdim etdi.
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının şöbə müdiri Zəhra Abbasova, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Ramiz Əliyev, S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova, Şirvan Mərkəzi Şəhər Xəstəxanasının həkim-kardioloqu Əfsər Nəcəfov, Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasının baş həkiminin müavini Eldar Rəhimov, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi Səidə Rüstəmova “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edildilər.
Respublika Talassemiya Mərkəzinin şöbə müdiri Eldar Abduləlimov, Kliniki Tibbi Mərkəzin şöbə müdiri Mirhəşim Cəlalov, Uşaq Nevroloji Xəstəxanasının tibb bacısı Mərziyə Əzimova, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Sevinc Rəfibəyli Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırıldılar.
Sümük iliyi transplantasiyasının uğurla həyata keçirilməsinə görə Respublika Talassemiya Mərkəzinin kollektivi, böyrək transplantasiyası əməliyyatlarının uğurla aparılmasına görə Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının kollektivi, əhaliyə göstərilən tibb xidmətlərinə görə Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildi.
Həmçinin Respublika Talassemiya Mərkəzinin əməkdaşları – şöbə müdiri Nərgiz Əliyeva, həkim Svetlana Fətiyeva, böyük tibb bacısı Kəmalə Eldarova, tibb bacıları Türkan Məlikova və Gülnar Dadaşova, xadimə Nazeykə Əmrahova, dezinfektor Çimnaz Məmmədova, eləcə də Respublika Kliniki Uroloji Xəstəxanasının əməkdaşları – şöbə müdirləri Xəqani Hüseynov, Şahlar Nəsirov və Kamil Hacımuradov, həkim-uroloq Vüqar Fiqarov, həkim-laborant Sədaqət Axundova, həkim-nefroloq Fərhad Şükürov, böyük tibb bacısı Səmayə Əliyeva, tibb bacıları Yeganə Hacıyeva, Marifə Abdullayeva, Aytən Şəmçiyeva, xadimə Nazimə Rəsulova bir aylıq vəzifə maaşı məbləğində pul mükafatı ilə təltif olundular.
Sonda səhiyyə naziri Oqtay Şirəliyev bütün tibb işçilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi, hər kəsə xoşbəxt, firavan həyat arzuladı.
Ü.FƏRZƏLİYEVA