Səhiyyə naziri Mingəçevirdə vətəndaşları qəbul etdi

Səhiyyə naziri Mingəçevirdə vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dövlət qurumlarının və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri xüsusi müəyyən edilmiş qəbul günləri cədvəlinə uyğun olaraq bölgələrdə vətəndaşlarla görüşürlər. Səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən olan növbəti səyyar qəbul günü Mingəçevir şəhərində keçirilib. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında təşkil edilən görüşdə bu şəhərlə yanaşı, Bərdə, Goranboy və Yevlax rayonlarının da sakinləri öz müraciət, şikayət, təklif və xahişlərini nazirə bildiriblər.
Vətəndaşların müraciətlərinin əsas hissəsi sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub. Qaldırılan məsələlər Səhiyyə Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə araşdırılıb. Onların bəziləri elə görüşün gedişində həll edilib, digərləri ilə bağlı əlaqədar tibb müəssisələrinə müvafiq göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə uyğun olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova