Əhalinin dispanserizasiyası ilə bağlı sərəncam imzalandı
Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” elan olunan fevral ayının 1-dən etibarən ölkə əhalisinin icbari tibbi dispanzerizasiyasına başlanılacaq. Səhiyyə nazirinin müavini Nigar Əliyeva bununla əlaqədar “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə ” Sərəncam imzalayıb. Sənəddə dövlət başçısının tapşırığını rəhbər tutaraq 2015-ci il fevralın 1-dən martın 31-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi ilə bağlı göstəriş verilir və bu işin təşkili Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinə tapşırılır.