Baş pediatr: "Uşaqlarda atipik pnevmoniya nadir hallarda inkişaf edir"

Baş pediatr: "Uşaqlarda atipik pnevmoniya nadir hallarda inkişaf edir"

Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev onlayn müsahibəsində uşaqlarda koronavirus infeksiyası barədə məlumat verib.

- Uşaqlar COVID-19 virusunu necə keçirirlər?
- Bir il 4 aydan artıq müddətdə davam edən COVID-19 pandemiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlarda bu xəstəlik daha yüngül keçir. Müqayisə üçün söyləmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələri böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa, uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.

- Balacalarda, adətən, rast gəlinən əlamətlər hansılardır?
- Bu xəstəlik uşaqlarda bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur. Onlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir.
Bu deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar. Belə hallar müşahidə olunan uşaqlar vaxt itirmədən pediatra və ya uşaq infeksionistinə göstərilməlidir. Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görünməsinə baxmayaraq, uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır.

- Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir?
- İlk növbədə, immun çatışmazlığı, şiş xəstəliyi, xronik xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün koronavirus infeksiyası daha böyük təhlükə törədir. Valideynlər və pediatrlar uşaqların düzgün və keyfiyyətli qidalandırılması (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidirlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova