Türkiyənin Səhiyyə naziri: “Azərbaycana hər bir tibbi yardımı etməyə hazırıq”

Türkiyənin Səhiyyə naziri: “Azərbaycana hər bir tibbi yardımı etməyə hazırıq”

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevə telefon zəngi edib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınayıb, işğalçı Ermənistanın Azərbaycana terrorçu, xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Türkiyəli nazir hər hansı tibbi ehtiyac yaranarsa, Azərbaycana yardım etməyə hazır olduqlarını vurğulayıb.
Səhiyyə naziri Oqtay Şirəliyev öz növbəsində türkiyəli həmkarına minnətdarlığını bildirib, daim dəstək göstərdiyinə görə qardaş Türkiyəyə təşəkkür edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova