Valyuta.com

Professor Tamerlan Əliyevin 100 illik yubileyi qeyd olunub

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin 100 illik yubileyi münasibətilə “Təbabətin aktual problemləri – 2021” elmi-praktik konqresi keçirilib. Açılış mərasimindən öncə tədbir iştirakçıları Fəxri xiyabanda alimin məzarını ziyarət edib, gül dəstələri qoyub, xatirəsini anıblar. Azərbaycan Tibb Universitetində keçirilən, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər

31-10-2021, 12:28

Vətən müharibəsi qazilərinə bir ildə 250-dən çox əməliyyat edilib

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov məlumat verib Ötən il 27 sentyabrdan başlanan, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Ancaq həkimlər, xüsusən də ortopedlər üçün o davam edir və təəssüf ki, uzun illər davam edəcək. Sümük toxuması əksər hallarda unikal bir qabiliyyətə - öz-özünə bərpa qabiliyyətinə malikdir. Ancaq, eyni zamanda, sümük toxumasının bərpasına çox vaxt

30-09-2021, 15:59

MRT və KT diaqnostik müayinələri üçün bir sıra əks-göstərişlər var

Radiologiya görüntü üsullarından istifadə edərək anatomiyanı araşdıran tibb sahəsidir. Anatomiya və patologiya üzrə yaxşı biliklərə əsaslanan radioloq görüntüləmə zamanı aşkar etdiyi anormal vəziyyəti müvafiq mütəxəssis həkimə çatdırır. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə müsahibəsində danışıb. - Hansı xəstəliklərdə radioloji diaqnostika üsullarına ehtiyac olur? - Radiologiyanın əsas mövzusu anatomik morfoloji pozuntulara səbəb olan xəstəliklərdir. Nevroloq xəstədən

30-09-2021, 12:54

COVID-19-a yoluxanların əksəriyyəti vaksin olunmayanlardır

Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik. Bu, bir tərəfdən, gündəlik yeni yoluxma hallarının çoxalması, infeksiyanın aşkar olunması üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda, aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az olması ilə özünü göstərir. Bunu öz müsahibəsində Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi Təyyar Eyvazov

31-08-2021, 12:09

150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində plastik rekonstruktiv əməliyyatlar aparılıb

8 avqust Beynəlxalq Oftalmologiya Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Beynəlxalq gün münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin oftalmologiya üzrə baş mütəxəssisi, professor Elmar Qasımov müsahibə verib və ölkədə ən çox

31-08-2021, 11:28

Səhiyyə Nazirliyinin baş travmatoloqu: “İdman növünü seçərkən müayinədən keçmək vacibdir”

Səhiyyə Nazirliyinin travmatologiya üzrə baş mütəxəssisi İlqar Qasımov idmanla məşğul olmağın faydaları, idman növü seçilməsi, mümkün zədələr və onlardan qorunma yolları barədə müsahibə verib. - Bildiyiniz kimi, qısa zaman öncə idman zalları yenidən fəaliyyətə başladı. Gənclər və idmansevərlər sağlamlıqlarını möhkəmləndirmək, daha yaraşıqlı görünmək istəyi ilə idman zallarına gedir, lakin bu zaman bəzən sağlamlıq problemləri ilə, xüsusən idman zədələri ilə qarşılaşırlar. İstərdik mövzu ilə

31-08-2021, 09:36

Qızmar Günəş və dəri xəstəlikləri

İsti yay günlərində insanları ən çox narahat edən məsələlərdən biri də qızmar Günəşin təsirindən yaranan bir çox dəri xəstəlikləridir. Bu problemlərin yaranmaması üçün nələri bilmək lazımdır? Onların müalicəsi necə aparılmalıdır? Bu zaman hansı dərman vasitələrindən istifadə etmək olar? Səhiyyə Nazirliyinin dermatovenerologiya üzrə baş mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov bu barədə sualları

31-08-2021, 08:42

Müğənni və ginekoloq Flora Kərimova: “Yeni doğulan hər körpəyə «bu dünyaya xoş gəldin» deyirdim”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Flora Ələkbər qızı Kərimovanı Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib. Dövlət başçısı həmçinin Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalayıb. 2021-ci il iyulun 23-də Azərbaycan estradasının korifeyi, Azərbaycan Respublikasının Xalq artisti, həyatının

31-07-2021, 17:10

COVID-19 peyvəndi effektivliyinin dəyərləndirilməsində 1500 səhiyyə işçisi iştirak edir

Səhiyyə işçiləri arasında yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən icra olunan tədqiqatın birinci mərhələsi artıq başa çatıb. İSİM-in direktoru Qəhrəman Haqverdiyev ölkədə həyata keçirilən bu genişmiqyaslı araşdırma ilə bağlı sualları cavablandırıb. –

31-07-2021, 11:08

Baş pediatr: Yay mövsümünün uşaq sağlamlığı üçün üstün cəhətlərindən yararlanmaq lazımdır

Ötən illər uşaqlar arasında tez-tez rastlaşdığımız çoxsaylı virus infeksiyalarının - adenoviruslar, qrip və paraqrip viruslarının törətdiyi xəstəliklər bu il minimuma enib. Bunu Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev söyləyib. Bu azalmanın səbəbini koronavirusla əlaqədar, dünyada, o cümlədən ölkəmizdə sanitariya-gigiyena normalarına daha ciddi əməl edilməsində görən baş pediatr hesab edir ki, tibbi maskalardan və dezinfeksiya məhlullarından istifadə,

30-06-2021, 13:59


Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova