ÜST rəsmisi Fatoş Hande Harmancı: “Azərbaycan səhiyyə sisteminin gücləndirilməsi üçün ciddi addımlar atır”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə əlaqədar Azərbaycan hökumətini dəstəkləmək üçün dəvət olunan dördgünlük missiyanın nəticələri ilə bağlı dəyirmi masa keçirib. Tədbir Səhiyyə Nazirliyi, Milli Məclis, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Birləşmiş

31-08-2019, 10:01

Səhiyyə Nazirliyi və UNICEF: “Süni qida qəbulu adi hala çevrilməməlidir!”

Körpələrin sağlamlığı ana südündən başlayır. Onların xəstəliklərə qarşı əsas anticisimləri aldıqları ana südü immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu hətta istidə belə körpənin tələbatını ödəyir. Bu fikirlər Ümumdünya

31-08-2019, 09:58

Bakıda XIX Beynəlxalq Gənclər Forumu

“Azərbaycan gəncləri humanizm prinsipləri ilə yaşayır, öz qanlarını ehtiyacı olanlardan əsirgəmirlər”. Bunu Bakı Konqres Mərkəzində XIX Beynəlxalq Gənclər Forumunun açılış mərasimində Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. “Alovu paylaş, həyat xilas et” devizi altında keçirilən forumda çıxış edən Səhiyyə nazirinin müavini bu tədbirin ölkəmizdə ilk dəfə təşkil edildiyini və humanist mövzuya həsr olunduğunu bildirib. Elsevər Ağayev Azərbaycanda qan donorluğu sahəsində qəbul olunan

31-08-2019, 09:53

Səhiyyə naziri Oqtay Şirəliyev Oğuzda iki rayonun sakinlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günlərinin təşkili davam edir. Bu görüşlərdə vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, Səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Oğuz Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Qəbələ və Oğuz rayonlarının sakinlərini

31-08-2019, 09:52

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində paytaxtdakı Talassemiya Mərkəzində, 1 saylı Şəhər Kliniki Xəstəxanasında, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə olunan uşaqlarla və onların valideynləri ilə görüşüb. Heydər Əliyev Fondu ötən müddət ərzində səhiyyə və sosial sahələrdə bir sıra layihələr həyata keçirib. Bu layihələr sırasında “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək və

31-08-2019, 09:50

Ahılların sağlamlığı hər zaman diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar. Öz ad gününü ahıllarla keçirən Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlanıb, onlarla söhbət edib. Müəssisə sakinləri ilə görüşdə ahıl insanlar dövlətin onlara diqqət və qayğısından razılıqlarını bildiriblər, rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını

31-08-2019, 09:48

MDB-də təyyarələrdə tibbi yardım vahid prinsiplərlə göstəriləcək

Müstəqil Dövlətlər Birliyində (MDB) mülki aviasiya hava gəmilərinin göyərtəsində tibbi yardımın göstərilməsi üzrə vahid prinsiplər işlənib hazırlanacaq. Bu barədə MDB-nin İcraiyyə Komitəsində mülki aviasiya hava gəmilərinin uçuşunun tibbi və sanitar-epidemioloji təminatı məsələləri üzrə İşçi qrupun Minskdə keçirilmiş iclasında qərar qəbul edilib. Məlumat verilir ki, İşçi qrupun müzakirəsinə iki mühüm sənəd təqdim olunub. Bunlardan birincisi “Aviaşirkətin tibbi təminatı. MDB ölkələrinə üzv

31-08-2019, 09:28

ÜST: Avropa qızılca ilə mübarizədə məğlub olur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə il ard-arda Avropada qızılca ilə uğurlu mübarizə aparıb. Lakin 2018-ci ildə bu xəstəliyə qalib gələn ölkələrin sayı kəskin şəkildə azalıb. Bu nəticəyə təşkilatın Avropa Regional Komissiyası gəlib. Qurum qarşısına qızılca və məxmərək hallarının tamamilə aradan qaldırılması vəzifəsini qoyub. Bu məqsədlə Komissiya 53 ölkənin məlumatlarını təhlil edib. Regionda 2012-ci ildə dəqiqləşdirmə prosesinin həyata keçirilməsindən sonra dörd ölkə - Albaniya,

31-08-2019, 09:26

ÜST malyariyaya qarşı yeni metodlarla mübarizəyə çağırır

Malyariya hələ də dünyanın bir çox ölkələrində əhalinin sağlamlığına təhlükə törədir və hər il yüz minlərlə insanın ölümünə səbəb olur. Çünki bu ciddi xəstəliyə qarşı mübarizəyə lazımi qədər vəsait ayrılmır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əmindir ki, bu yoluxucu xəstəliyi yaxın gələcəkdə aradan qaldırmaq olar, lakin bunun üçün profilaktika və müalicə metodları ilə bağlı yeni elmi tədqiqatlara ehtiyac var. Bu barədə ÜST-nin malyariyanın aradan qaldırılması məsələləri üzrə Strateji Məsləhət

31-08-2019, 09:11

ELANLAR

10 nömrəli Qadın Məsləhətxanası Tibb bacısı (qardaşı) - 1.0 Ünvan: Əhmədli qəs. Gəncə p.r 13 Telefon: 373-29-11 *** 1 nömrəli Uşaq Poliklinikası Tibb bacısı (qardaşı) - 2.0 Ünvan: Topçubaşov 77 Telefon: 594-00-45 *** 7 nömrəli Şəhər Poliklinikası Tibb bacısı (qardaşı) - 2.0 (metropolitenin tibb məntəqəsi) Tibb bacısı (qardaşı) - 1.0 Ünvan: M.Rüstəmov 1 Telefon: 375-53-66 *** Balakən Rayon Mərkəzi Xəstəxanası RMX Mama - 1.0 Qazma HM Mama – 1.0 Talalar HM Mama – 1.0 Ünvan: R.Səmədov, 1. Telefon:

31-07-2019, 17:20




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova