Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilib

Milli Məclisin payız sessiyasının son iclaslarında səhiyyə ilə bağlı bəzi məsələlərə toxunulub. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanuna əlavə edilməsi təklif olunan iki maddədən biri ölkəmizə koronavirus infeksiyasına qarşı vaksinlərin idxalı zamanı həmin vaksinlərin və şprislərin 2021-ci il yanvarın 1-dən idxalda

30-01-2021, 12:28

Fövqəladə Hallar Nazirliyi əməkdaşları təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. O cümlədən iki nəfər – tibb xidməti polkovniki Kamal Namiq oğlu Əliyev və Fikrət Əhəd oğlu Aslanov uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Əməkdar həkim” fəxri adı alıblar. Dövlət başçısının digər bir Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilmiş Fövqəladə Hallar Nazirliyi əməkdaşları arasında da tibb

30-01-2021, 12:25

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başladı

Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavinləri Viktor Qasımov və Elsevər Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev, TƏBİB-in

30-01-2021, 12:19

Azərbaycanda COVID-19 əleyhinə Vaksinasiya Strategiyası təsdiq edilib

Nazirlər Kabinetinin Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq olunub. Sərəncama əsasən, Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat verməlidirlər. COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya

30-01-2021, 12:14

Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli Qanunun icrası ilə əlaqədar Milli Məclisin bir sıra məcəllə və qanunlara etdiyi dəyişiklikləri təsdiqləyib. Dövlət başçısının imzaladığı sənədlərdən biri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanundur. Bu sənədə əsasən, Əmək Məcəlləsində bir

30-01-2021, 12:10

Dövlət başçısı qəhrəman tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçuların Azərbaycan orden və medalları ilə təltif edilməsi haqqında bir neçə Sərəncam imzalayıb. Mükafatlandırılanlar arasında tibb işçiləri də var. “Azərbaycan Bayrağı” ordeni ilə Həsənov Qafur Camalədin oğlu – tibb xidməti kapitanı İbadov İmran Yolçu oğlu – tibb xidməti baş leytenantı Məmmədli

30-01-2021, 12:05

Prezident İlham Əliyev: «Azərbaycan koronavirus sınağından şərəflə çıxır»

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Onlayn iclası giriş nitqi ilə açan dövlət başçısı bildirib ki, tək keçən ilin deyil, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır: “Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi”. Azərbaycan Prezidenti vurğulayıb ki, bu Qələbə son illər ərzində

30-01-2021, 11:57

Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimizə bir çox xidmətlər göstərilir

Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov onlayn müsahibə verərək, Vətən müharibəsi qazilərinə göstərilən xidmətlər haqqında danışıb. - Buzovna Reabilitasiya Mərkəzi nə vaxtdan fəaliyyət göstərir? - Buzovnada yerləşən, ən müasir tələblərə cavab verən Sanator-Kurort Reabilitasiya Mərkəzi Prezident İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən tikilib və nazirlik tərəfindən yüksək keyfiyyətli avadanlıqlar və böyük praktikaya sahib olan

30-01-2021, 11:13

Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq

Koronavirusa qarşı vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən vurulacaq. Burada əsas məsələ peyvənd ediləcək əhalinin sayına uyğun surətdə, tələb olunan sayda tibb personalının olmasıdır. Bunun üçün vaksinasiyanın həyata keçiriləcəyi poliklinikalarda müəyyən tibb işçiləri seçilib və xüsusi kurslara cəlb olunub. Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə üzrə işçi qrupun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə verdiyi müsahibədə

30-01-2021, 10:49

Tütündən imtina üzrə “Qaynar xətt” yaradılır

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan vəfat edir, onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütünçəkənlərdir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoymuşdusa, XXI əsrdə bu rəqəmin 1 milyarda çatacağı gözlənilir. Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə

30-01-2021, 10:47




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova