Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq

Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq

Koronavirusa qarşı vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən vurulacaq. Burada əsas məsələ peyvənd ediləcək əhalinin sayına uyğun surətdə, tələb olunan sayda tibb personalının olmasıdır. Bunun üçün vaksinasiyanın həyata keçiriləcəyi poliklinikalarda müəyyən tibb işçiləri seçilib və xüsusi kurslara cəlb olunub.
Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə üzrə işçi qrupun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə verdiyi müsahibədə deyib.
İşçi qrupun üzvü bildirib ki, vaksinasiya ilə bağlı poliklinikaya müraciət edənlər üçün bütün şərait və rahatlıq düşünülüb: “Poliklinikaya daxil olduqda xüsusi işarələr vətəndaşı birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu sahə qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq üç hissəyə ayrılıb. İlk növbədə, müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvənd olunduqdan sonra o, 30 dəqiqə ərzində müşahidə otağında yarana biləcək hər hansı bir əks-təsirlə əlaqəli olaraq müşahidə altında saxlanır, vəziyyəti izlənir. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır.
Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.
Bir xüsusi məsələ də peyvəndlərin düzgün saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilib”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova