Qubada media-tur

Qubada media-tur

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılmış şərait, əhaliyə göstərilən xidmətin keyfiyyəti, eləcə də kadr potensialı ilə tanışlıq, bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bölgələrə media-turlar təşkil edir. Bu dəfə media nümayəndələri Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) olublar.
Səfər çərçivəsində jurnalistlər xəstəxananın bölmələrini gəziblər. Onlara məlumat verilib ki, Quba RMX-nın 230 çarpayılıq yeni binası 11 oktyabr 2018-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılaraq əhalinin istifadəsinə verilib. 20 şöbədən ibarət xəstəxanada əhaliyə yüksək səviyyədə xidmətin göstərilməsi üçün hər bir şərait yaradılıb. Səhiyyə ocağında quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Yeni xəstəxana binasında cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələri yaradılıb. Tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri fəaliyyət göstərir. Xəstəxananın nəzdində, eyni zamanda, 73 çarpayılıq regionlararası Perinatal Mərkəz, 100 çarpayılıq rayonlararası Psixonevroloji Dispenser də əhaliyə xidmət edir.
Media-tur çərçivəsində Quba RMX-nın baş həkimi Əliyar Sərvərov səhiyyə müəssisəsinin fəaliyyət imkanları haqqında ətraflı danışıb: “Yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri ötən ilin sentyabrında başa çatdırılıb. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub. Bu cür müasir tibb müəssisəsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir. Paytaxtın ixtisaslaşmış həkimlərinin köməyinə ehtiyac yarandıqda cərrahiyyə və reanimasiya otaqlarında quraşdırılan videokameralardan istifadə edilir. Bizim tibb müəssisəsində tele-səhiyyənin inkişaf etdirilməsi hesabına artıq yüksək ixtisaslı həkimlərin uzaq məsafəyə gəlməsinə, həmçinin xəstələrin paytaxta köçürülməsinə gərək qalmır. Bir sözlə, bütün ölkədə olduğu kimi, Qubada da tibbi xidmətin səviyyəsi ildən-ilə yüksəlir”.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov jurnalistlərə müsahibəsində media-turların davamlı olacağını bildirib, Qubadan əvvəl jurnalistlərə Şəki, Gəncə və ölkəmizin cənub bölgəsində yerləşən səhiyyə müəssisələri ilə də yaxından tanış olmaq imkanı yaradıldığını vurğulayıb.





Okryabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova