Bakıda Tibb Təhsili üzrə Beynəlxalq Konfrans təşkil ediləcək

Bakıda Tibb Təhsili üzrə Beynəlxalq Konfrans təşkil ediləcək

Bu ilin oktyabr ayında Azərbaycan Tibb Universiteti (ATU) Bakıda növbəti böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək. ATU ilə Pakistanın Rifah Beynəlxalq Universitetinin (RBU) birgə təşkilatçılığı ilə Tibb Təhsili üzrə Beynəlxalq Konfrans (International Conference on Medical Education – ICME) dünyanın bir çox ölkələrindən mütəxəssisləri bir araya gətirəcək.
Bu barədə universitetin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, konfransın rəsmi təqdimatına həsr olunmuş onlayn görüşdə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Məmmədov, Rifah Beynəlxalq Universitetinin prorektoru professor Anis Ahmad, prorektorun müavini, professor Yaver Hayat, ICME-nin prezidenti, professor Azhar Raşid tədbirin önəmi ilə bağlı əsas məsələləri iştirakçıların diqqətinə çatdırıblar.
Feysbuk üzərindən canlı yayımlanan görüşdə konfransın tibb ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb, təşkilatçılar “ICME-2023 Bakı” toplantısının böyük uğurla keçəcəyindən əminliklərini bildiriblər.
Qeyd edək ki, nüfuzlu ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertləri və pedaqoqları bir araya gətirməklə bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq platforma yaratmaqdan ibarətdir.
Bakı konfransında Dünya Tibb Təhsili Federasiyasının (World Federation for Medical Education -WFME) prezidenti Rikardo Leon-Borkes, Xarici Tibb Məzunları üçün Təhsil Komissiyasının (ECFMG) prezidenti, Kvinslend Universitetinin fəxri professoru, Uilyam Pinski, “Ras Al Khaimah” Tibb və Səhiyyə Elmləri Universitetinin (RAKMHSU) prezidenti İsmail İbrahim Matalka və tibb təhsili üzrə digər dünyamiqyaslı qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Tibb təhsili üzrə ilk beynəlxalq konfrans 2009-cu ildə Pakistanın paytaxtı İslamabadda baş tutub. İki ildən bir təşkil olunan tədbir sonradan Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Türkiyə və İndoneziyada keçirilib. Növbəti ICME konfransının Bakıda keçirilməsinə qərar verildikdən sonra dərhal tədbirin təşkili üzrə işlərə başlanılıb. Son bir neçə ay ərzində hər iki universitetin nümayəndə heyətləri tərəfindən məsələ ilə bağlı mütəmadi müzakirələr aparılıb, işlər planı dəqiqləşdirilib.





Aprel 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova