Tibb Universitetinin III Cərrahi xəstəliklər kafedrasının 100 yaşı tamam olur

Tibb Universitetinin III Cərrahi xəstəliklər kafedrasının 100 yaşı tamam olur

Azərbaycan Tibb Universitetində (ATU) III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
ATU-nun mətbuat xidmətindən bildirilib ki, konfransda çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun sözlərinə görə, kafedraya 51 il akademik Mustafa Topçubaşov rəhbərlik edib. Məhz onun rəhbərliyi sayəsində Azərbaycanda tanınmış alimlər yetişib. Kafedranın əməkdaşları istər II Dünya, istərsə də I Qarabağ və Vətən müharibələri dövründə aktiv fəaliyyət göstəriblər. Kafedranın müdiri professor Fariz Camalov və kafedranın əməkdaşları Vətən müharibəsində ön cəbhəyə yaxın yerləşən hospitallarda yaralılara vaxtında yardım edib, neçə-neçə hərbçini həyata qaytarıblar.

Çıxış edənlər kafedranın inkişaf tarixindən danışıblar. Türkiyə və Rusiyadan gələn qonaqlar ATU ilə etdikləri əməkdaşlıqdan, universitetin yetirmələrindən, elmi-təcrübi mübadilələrdən, əldə olunan nəticələrdən söhbət açıblar.
İki gün davam edən konfransda cərrahi xəstəliklərin müasir diaqnostikası və müalicə üsulları ilə bağlı maraqlı məqamlara toxunulub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova