“Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi”

“Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi”

Bakıda bu mövzuda Beynəlxalq Elmi Konqres keçirilib



Bakıda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konqres təşkil olunub. Onlayn formatda 500-dən çox dinləyicinin iştirakı ilə keçirilən konqres Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan “Florence Nightingale Xəstəxanalar Qrupu”nun birgə təşkilatçılığı ilə baş tutub.
Rəsmi açılış hissəsindən öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar Fəxri xiyabanı ziyarət edib, ulu öndərin məzarı önünə tər çiçəklər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verən DGK Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, konqresin Azərbaycanda pediatriya sahəsində daha böyük uğurların əldə edilməsinə dəstək olacağına, həkimlərin praktik işinin effektivliyini artırmaq üçün imkanlar yaradacağına ümidvar olduğunu bildirib.
Konqresin rəsmi açılış hissəsində DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov, Ankara Universiteti Tibb fakültəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü Ömer Erdeve də çıxış ediblər.
Sonra Rəşad Mahmudov və Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkayanın moderatorluğu ilə “Pediatrik kardiologiya”, Rüstəm Hüseynov və Ömer Erdevenin moderatorluğu ilə “COVID-19 və pediatriyada yeni aspektlər” panelləri keçirilib.
Üçgünlük tədbirdə yüksək ixtisaslı yerli və xarici mütəxəssislər 9 paneldə ümumilikdə 27 məruzə ilə çıxış ediblər, həmçinin sual-cavab sessiyaları və interaktiv müzakirələr aparılıb.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 24 DTT balı ilə qiymətləndirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova