Həkimləri Təkmilləşdirmə İnstitutunun illik təqvim planında çoxsaylı distant kurslar nəzərdə tutulub

Həkimləri Təkmilləşdirmə İnstitutunun illik təqvim planında çoxsaylı distant kurslar nəzərdə tutulub

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) başlayan yeni tədris ili üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük əhəmiyyət verilib.
Bu il üçün tərtib olunmuş təqvim planlarına müasir, sübutlu əsaslandırılmış, informasiya və təhsil texnologiyalarına əsaslanan ixtisasartırma kursları ilə yanaşı, ixtisaslar üzrə təhsil proqramlarının - modulların yenilənməsi, müxtəlif aktual mövzularda tematik modulların işlənib hazırlanması və keçirilməsi, yeni tədris materiallarının hazırlanması, kursların müddətinin qısaldılması və tədrisin praktik yönümlülüyünün gücləndirilməsi də daxil edilib. Kursların müddəti Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq optimallaşdırılıb, kursların sayı artırılıb, mövzu çeşidi genişləndirilib, yaxın ixtisaslara aid kurslar təşkil edilib və bu barədə məlumatlar Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.
İllik təqvim planında çoxsaylı distant kurslar nəzərdə tutulub. Bu kursların iştirakçıları institutda yaradılmış distant tədris portalına daxil olaraq, mühazirələri dinləyə bilərlər. Həmin portalda davamlı tibbi tədris fayllarının sayı 808-ə çatdırılıb. Bununla yanaşı, son dövrdə distant tədrisin daha da genişləndirilməsinə və daha çox həkim-mütəxəssisin bu təhsildən yararlanmasına nail olmaq üçün institutda mühazirə dərslərinin video-arxivi yaradılıb.
COVID-19 pandemiyası ilə əlaqədar indiki karantin dövründə bütün kafedralarda tədris prosesi onlayn qaydada aparılır. Kurslar başa çatandan sonra institutun rəsmi saytına müraciət etməklə şəhadətnamələri almaq olar.
Onlayn kursların coğrafiyası ölkəmizin bütün bölgələrini əhatə edir. Kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesinın təşkili də mümkündür.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova