Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasları keçirilib

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasları keçirilib

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının fevral ayında keçirilən ilk iclasında iştirakçılar əvvəlcə şuraya yeni qəbul olunan üzvləri təbrik ediblər.
Toplantıda elmi tədqiqat işlərinin etik ekspertiza sisteminin inkişafında Qazaxıstanın təcrübəsi və davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası müzakirə olunub.
İclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə Təhsil Mərkəzinin rəhbəri, Qazaxıstan Səhiyyə Nazirliyinin etika komissiyasının katibi, professor Baxit Sarımsakova məruzə edib. O öz ölkəsinin davamlı tibbi təhsil sahəsindəki təcrübəsi barədə danışıb və azərbaycanlı həmkarlarını maraqlandıran məsələlərlə əlaqədar suallara ətraflı cavablar verib.
Kadrların peşə hazırlığının təkmilləşməsində böyük əhəmiyyət daşıyan davamlı tibbi təhsilə daha geniş auditoriyanın cəlb edilməsi ilə əlaqədar şura üzvlərinin fikirləri dinlənilib.
Elmi-Tibbi Şuranın iclasında bir sıra məsələlərə baxılıb. O cümlədən, bu il martın 9-10-da Elmi Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun təşəbbüsü ilə Avropa Uşaq Ortopediya Cəmiyyətinin regional, aprelin 2-dən 7-dək “Azəri Toksikoloqlar Dərnəyi”nin təşkil etdiyi "Kəskin zəhərlənmələrin diaqnostikası və müalicəsi" tədris kurslarının və aprelin 26-dan 29-dək Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan-Alman-Türk Tibb Konqresinin keçirilməsi barədə qərar qəbul edilib.
Elmi-Tibbi Şuranın fevral ayı ərzində keçirilmiş digər iclaslarında ayrı-ayrı tibb müəssisələrinin 2017-ci il üçün hesabatları dinlənilib. O cümlədən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, V.Axundov adına Tibbi Profilaktika İnstitutunun, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun, Azərbaycan Tibb Universitetinin və Milli Onkologiya Mərkəzinin elmi hesabatları müzakirə olunub.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının elmi tibb müəssisələrinin hesabatlarının dinlənildiyi iclasları martın 2-dək davam edəcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova