Sizin Reklam Burada!

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Azərbaycan Tibb Universiteti (ATU) ilk dəfə “Times Higher Education”un “THE World University Rankings”də (Dünya Universitetləri Reytinqi) yer alaraq beynəlxalq reytinq səhnəsində tarixi debüt edib. Universitetdən verilən məlumata görə, ATU-nun 2027-ci il reytinqində 2001+ intervalında qərarlaşması universitetin qlobal akademik məkanda tanınması baxımından mühüm hadisədir. Bildirilib ki, bu tarixi debüt ATU üçün yeni beynəlxalq mərhələnin başlanğıcıdır: “THE-nin 2027-ci il üzrə Dünya

30-09-2026, 07:59

Burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

İt dişləməsi nəticəsində burun nahiyəsində geniş toxuma itkisi yaranan pasiyent üzərində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub. Klinikadan AZƏRTAC-a verilən məlumata görə, travma nəticəsində burunun böyük hissəsinin itirilməsi pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərib. Burun strukturunun və funksiyasının bərpası məqsədilə mərhələli rekonstruktiv əməliyyat həyata

30-09-2026, 07:57

Üç yaşlı uşağın qopmuş əli mürəkkəb əməliyyatla bərpa edilib

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında mürəkkəb əməliyyat həyata keçirilib. Üç yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib. İnstitutdan verilən məlumata görə, sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra klinikaya gətirilib. Travma nəticəsində

30-09-2026, 07:52

“Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar”

Bakıda bu mövzuda beynəlxalq elmi konfrans olub Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “Florence Nightingale” Xəstəxanalar Qrupunun və Britaniya – Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə “Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük

30-09-2026, 07:49

Sonsuzluqla bağlı hansı yanlış fikirlər var?

Reproduktiv sağlamlıq təkcə hamiləlik, doğuş və sonsuzluq məsələlərini əhatə etmir. Müasir tibbi yanaşmaya əsasən, hormonal balans, həyat tərzi, immun sisteminin fəaliyyəti, ətraf mühit amilləri və metabolik proseslər reproduktiv sağlamlığın formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, reproduktiv sağlamlıq insanın ümumi sağlamlığının vacib göstəricilərindən biri hesab olunur. Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının mama-ginekoloqu Afət Ərəbova ilə reproduktiv sağlamlığa müasir

31-08-2026, 10:47

Minilliklər boyu körpənin ehtiyaclarına uyğun formalaşmış ana südü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il dünyada avqustun 1-dən 7-dək Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Həftənin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır. Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında

31-08-2026, 10:44

“Paxis” onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Azərbaycanlı mütəxəssisin süni zəka əsaslı startapı həm həkimlərə, həm də xəstələrə yardımçıdır Ayşə Allahverdiyeva Azərbaycanı beynəlxalq elm, texnologiya və sahibkarlıq mühiti ilə birləşdirən gənc mütəxəssislərdən biridir. O, 18 yaşında təhsilini davam etdirmək üçün ABŞ-yə yollanıb. 2023-cü ildə Braun Universitetini koqnitiv neyroelm üzrə bakalavr dərəcəsi və “Data Fluency” üzrə sertifikatla bitirib. Bununla yanaşı, Universitetdə kompüter elmləri, antropologiya və ingilis ədəbiyyatı üzrə də

31-08-2026, 10:44

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) öz səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyətinə dair planlı və plandankənar yoxlamalar aparır. Yoxlamalar zamanı aşkar edilən hüquqpozmalar aktlaşdırılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Bu barədə Mərkəzdən verilən məlumata görə, kosmetoloji fəaliyyətlə

31-08-2026, 10:39

AEM vətəndaşları aldatmaq məqsədli saxta məlumatlar və sənədlər barədə xəbərdarlıq yayıb

“Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. Həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının mərkəzin daxili reyestrində qeydiyyata alındığı iddia olunur. Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir

31-08-2026, 10:35

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin bölgələrdə əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində səyyar tibbi aksiyaları davam etdirir. Növbəti belə aksiya Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Tibb Universitetinin

31-08-2026, 10:35


Oktyabr2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova