Valyuta.com

Azərbaycanda Dünya Hemofiliya Günü qeyd olundu

Azərbaycanda Dünya Hemofiliya Günü qeyd olundu

Aprelin 17-si Dünya Hemofiliya Günü kimi 120 ölkədə, o cümlədən Azərbaycanda da qeyd edilir. Bu günün təsis edilməsində əsas məqsəd - hemofiliyadan əziyyət çəkən insanları dəstəkləmək, onlara diqqət və qayğı göstərməkdir.

Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, hemofiliyalı uşaqlar və onların valideynləri iştirak ediblər.
Mərasimdə çıxış edən assosiasiyanın prezidenti Gülnarə Hüseynova, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri Elmira Qədimova və başqaları ölkəmizdə hemofiliya xəstəliyinin müalicəsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat veriblər. Bildirilib ki, Azərbaycanda 1455 hemofiliyalı xəstə var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş «2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə tədbirlər proqramı»na əsasən, xəstəlikdən əziyyət çəkənlərə dövlət büdcəsi hesabına bahalı dərman preparatları verilir. Ötən il 50-dən çox hemofiliyalı xəstə müasir avadanlıq və zəruri dərmanla təchiz olunmuş klinikalarda yerli mütəxəssislər tərəfindən uğurla əməliyyat edilib. Bundan başqa ölkədə «Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikasının Qanunu mövcuddur.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova