ELANLAR

"Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsi
• Psixoloq - 2.0
Vakant vəzifə haqqında məlumat
Müəssisənin adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs
Struktur bölmə və vəzifənin adı: ümumi heyət, psixoloq
İş yerinin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.Ş.Hüseyn küçəsi, 155.
Vəzifə maaşı: 7-ci dərəcə - 9-cu dərəcə, 612-660 AZN
Vəzifə təlimatı:
- Xəstələrin psixi sağlamlığının bərpası və şəxsiyyətinin inkişafında olan pozuntuların korreksiyası yönümündə iş aparır.
- Xəstənin şəxsiyyətinin harmonik inkişafına mane olan və yaxud onu çətinləşdirən cəhətləri aşkar edir.
- Xəstələrlə psixoprofilaktiki və psixokorreksiya işləri aparır, psixoloji məsləhətlər verir, bununla da xəstələrə və onların qohumlarına şəxsi, peşə və məişət
xarakterli psixoloji problemlərin həllində köməklik göstərir.
- Psixi pozuntuların baş verməsi riski olan şəxslərə xüsusi diqqət yetirərək onların üzərində psixodiaqnostik tədqiqatlar və uzunmüddətli diaqnostik
müşahidələr aparır.
- Müalicə aparan həkimlə birlikdə xəstələrin psixokorreksiya və inkişaf proqramlarını (fərdi, cinsi və yaş amilləri nəzərə alınmaqla) hazırlayır.
- Xəstələrin arzu, bacarıq və imkanları nəzərə alınmaqla onların peşəyönümünün müəyyənləşdirilməsi üzrə iş aparır.
- Tibb heyəti ilə tibbi, sosial psixologiya və deontologiya məsələləri üzrə təlimlər keçirir.
- Xəstənin səhhətinə görə aparılmış psixoloji, müalicəvi və profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirir.
Vəzifənin tutulması şərtləri:
1. Təhsil: “Psixologiya” ixtisası üzrə bakalavriat səviyyəsində ali təhsil və “Klinik psixologiya” ixtisası üzrə magistratura səviyyəsində təhsil
2. İş stajı: iş stajına tələb qoyulmadan (müəssisədaxili hazırlıq mövcuddur)
3. Sertifikat: peşəkar kvalifikasiyanı təsdiq edən sertifikat üstünlükdür.
4. Kompüter bilikləri: MS Office yetərlidir
5. Xarici dil bilikləri: Rus dili biliyi üstünlükdür
____________________
• Sosioloq - 1.0
Vakant vəzifə haqqında məlumat
Müəssisənin adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs
Struktur bölmə və vəzifənin adı: ümumi heyət, sosioloq
İş yerinin ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.Ş.Hüseyn küçəsi, 155.
Vəzifə maaşı: 7-ci dərəcə - 9-cu dərəcə, 612-660 AZN
Vəzifə təlimatı:
- İşçilərin ictimai və mənəvi tələbat səviyyəsinin, əmək məhsuldarlığının artırılmasına imkan yaradan, daha əlverişli sosial-psixoloji şəraitə yönəldilən
tədbirlərin işlənib hazırlanması və tətbiqi məqsədilə müəssisədə sosioloji tədqiqatlar aparır.
- Müəssisənin inkişafı üzrə perspektiv və illik plan layihələrinin tərtibində, ictimai-mədəni tədbirlərin və fondlarının planlaşdırılmasında iştirak edir.
- Pasiyentlə birlikdə çoxsaylı mənbələrdən informasiya toplayaraq onun ehtiyac və problemlərinin daha səmərəli anlaşılmasını təmin edir.
- Pasiyentin və ya onun aid olduğu sosial mühitin güclü tərəflərini və problemlərinin spesifik aspektlərini araşdırmaq məqsədilə spesifik qiymətləndirmə
üsullarını tətbiq edir.
- Qısa və uzun müddətli məqsədləri və onlara nail olma yollarını nəzərə alaraq, pasiyentə xidmət planı hazırlayır.
- Pasiyentlər, onların ailələri və çevrələri ilə konsultasiya, təbliğat, krizis vəziyyətlərinə müdaxilə, sosial reabilitasiya da daxil olmaqla, müxtəlif psixo-sosial
müdaxilələr aparır.
- Digər sağlamlıq/psixi sağlamlıq mütəxəssisi, yaxud xidməti ilə əməkdaşlıq edir və case management ilə məşğul olur.
- Resurslar və ehtiyaclar arasındakı boşluğu, o cümlədən ictimai resursları müəyyənləşdirmək üçün cəmiyyətdəki fərdlər və qruplarla danışıqlar aparır.
- Psixi pozuntuların bərpasına yardım etmək üçün pasiyenti yaxud ailəni ictimai resurslara yönləndirir.
- Pasiyenti başa düşmələri və dəstəkləmələri üçün onun ailə üzvlərinə yardım göstərir.
- Müalicənin məqsədlərini nəzərə alaraq pasiyentin vəziyyətindəki inkişafın monitorinqini aparır, qiymətləndirir və müvafiq qeydiyyat aparır.
Vəzifənin tutulması şərtləri:
1. Təhsil: “Sosiologiya” ixtisası üzrə ali təhsili olan şəxs
2. İş stajı: iş stajına tələb qoyulmadan (müəssisədaxili hazırlıq mövcuddur)
3. Sertifikat: peşəkar kvalifikasiyanı təsdiq edən sertifikat üstünlükdür
4. Kompüter bilikləri: MS Office yetərlidir
5. Xarici dil bilikləri: Rus dili biliyi üstünlükdür
Xəbəri paylaş






