Valyuta.com

Səhiyyə Nazirliyində Kuba nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Kuba nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Teymur Musayev Kuba hökumətinə və tibb heyətinin rəhbəri professor Dalsi Torres Avillanın timsalında pandemiya ilə mübarizədə ölkəmizə dəstək olanlara təşəkkürünü bildirib. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Səhiyyə nazirinin birinci müavini həmçinin ölkəmizdə vaksinasiyanın mərhələli şəkildə, sürətlə davam etdiyini söyləyib, qısa müddətdə müsbət nəticəyə nail olacağımıza inamını ifadə edib.
Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo çıxışında pandemiya ilə mübarizədə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının tədbirlərində fəal iştirak etdiyini vurğulayıb, Azərbaycan təcrübəsinin dünyada nümunəvi olduğunu diqqətə çatdırıb. Kubalı səfir bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini qeyd edib.
Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla, öz növbəsində, yaradılan şəraitə və göstərilən diqqətə görə rəhbərlik etdiyi heyət adından təşəkkürünü bildirib. Kubalı professor koronavirusa qarşı qazanılan uğurun birgə əməyin nəticəsi olduğunu söyləyib.
Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb.шаблоны для dle 11.2





AVQUST2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova