Valyuta.com

Baş travmatoloq: "Müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa vadar edir"

Baş travmatoloq: "Müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa vadar edir"

Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov 20 May – Ümumdünya Travmatoloq Günü ilə əlaqədar onlayn müsahibə verib. O əvvəlcə bu günün mahiyyəti haqqında danışıb:

- "Travmatologiya" termini yunan mənşəlidir, mənası yaraları və yaralanmaları, onların qarşısının alınmasını və müalicə metodlarını araşdıran elm deməkdir. Travmatologiya ayrıca bir tibb sahəsi kimi, qədim dövrlərdə meydana gəlib, çünki hələ o vaxt da insanlar gündəlik həyatda, qəzalarda və ya müharibə zamanı müxtəlif zədələr alırdılar. Daha sonra isə başqa bir tibb sahəsinin - cərrahiyyənin meydana gəlməsi onun əsasında baş verdi. Travmatologiya sahəsində əsas inkişaf və daha dəqiq diaqnoz isə rentgenin kəşfi ilə başladı.
Travmatologiya müxtəlif tibb sahələri ilə əlaqələndirilir. Bu əlaqə zədənin lokalizasiyası, yəni bədənin və ya orqanın mexaniki təsir nəticəsində yaralanan hissəsi ilə, yaralanma şəraiti, mövcud və mümkün nəticələri, xəstənin ümumi vəziyyəti, xroniki xəstəliklərin və əks-göstərişlərin olması ilə müəyyən edilir. Septik, irinli, yanıq əməliyyatı, neyrocərrahiyyə, flebologiya, hematologiya və digər tibb sahələri travmatologiya ilə yaxından əlaqəlidir.
Dünyanın hər yerində fəaliyyəti travmatologiya və ortopediya ilə əlaqəli olan həkimlər hər il mayın 20-də peşə bayramlarını - Travmatoloq Gününü qeyd edirlər.

- Ortopediya və travmatologiya sahəsində ümumilikdə ağır əməliyyatlar hansılardır?
- Onurğa cərrahiyyəsi bir neçə saat ərzində aparılan əməliyyatlardır. Daha sonra çanaq sınıqları çox ağır əməliyyatdan sayılır. Çünki daxili orqanlar var və multidissiplinar yanaşma tələb edir, ümumi cərrahla, uroloqla yanaşı aparılmalı əməliyyatlar sırasındadır. Süni oynaq əməliyyatları qısa zaman çəksə də, çox dəqiqlik və həssaslıq tələb edən əməliyyatlardandır. Mikrocərrahiyyə əməliyyatları 17 saatadək çəkə bilər, çünki bu zaman həkim bir-bir damarları tikir.
Travmatologiya və ortopediya çox bahalı və çətin sahədir. Məsələn, bəzən müraciətlərə baxırıq, yol qəzaları nəticəsində baş verən qalıcı travmalar və ölüm halları bizi çox məyus edir. Düşünürəm ki, yol hərəkəti qaydaları, sürət həddi ölkəmizdə çox yaxşı tənzimlənir. Bizdə yol qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır. Təəssüf ki, ölkəmizdə yol qəzalarında 2018-ci ildə hər 100 min nəfərdən 79, 2019-cu ildə isə 83 nəfər dünyasını dəyişən insan olub. Axı niyə ehtiyatsızlıq ucbatından bu qədər qəza və ölüm olmalıdır?

- “Travmatologiyada qızıl bir saat” anlayışı var. Nədir bu qızıl saat?
- Travmatologiyada “qızıl bir saat” çox vacib zaman parçasıdır. Qızıl saat reanimasiyada ilk tibbi yardım göstərməyə imkan verən, zədələnmədən sonra müddəti təyin etmək üçün istifadə edilən bir termindir. Bu müddət ərzində müdaxilə olunduqda xəstənin ölümünün qarşısının alınması ehtimalı yüksək olur. Travmatoloji ağır yaralanmalarda bu zaman kəsiyi çox vacibdir. İcazənizlə, mən buradan vətəndaşlara da müraciət etmək istəyirəm. Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşınlarına yol verin. Bu addımla siz həqiqətən kiminsə həyatını qurtara bilərsiniz.

- Mütəxəssislərin belə bir fikri var ki, qəddar yanaşma olsa da, travmatologiyanın inkişafına səbəb olan amillərdən biri də müharibələrdir. Bununla razısınızmı?
- Bəli, bu belədir. Zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir.
Çox qısa zaman öncə Vətən müharibəsini yaşamışıq. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Müharibədə əsas yaralanmaların 60-70 faizi ətraflarla bağlı olur.
Tibbi xidmət baxımından dəyərləndirsək, burada bizim işimiz əsas 3 komponentlə qurulur: dərman, daşınma və tibbi heyət. Vətən müharibəsində dərman təchizatı dövlət tərəfindən tam təmin edilmişdi. Transfer – həm təcili yardım maşınları ilə, həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyət. Mən çox rahatlıqla deyirəm ki, həkimlər tərəfindən fədakar və yüksək xidmət göstərildi. Gün ərzində 20-yə yaxın yaralı qəbul edib, cəmi 2 saat yuxu ilə keçən günlərimiz olub. Ancaq xilas etdiyimiz hər əsgərə, zabitə görə o zəhmətə dəyərdi.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova