Valyuta.com

ATU ilə FHN Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ATU ilə FHN Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Tibb Universiteti (ATU) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu münasibətlə FHN Akademiyasında keçirilən görüşdə Akademiyanın rəisi, general-mayor Baba Salayev ATU-nun rektoru, professor Gəray Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyətinə təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Akademiyada elm və tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradıldığını bildirən B.Salayev burada iki ixtisas üzrə dörd fakültənin, altı kafedranın fəaliyyət göstərdiyini, təhsilin bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələrdə, həmçinin magistratura səviyyəsində təşkil olunduğunu deyib.
G.Gəraybəyli əməkdaşlığın hər iki təhsil müəssisəsi üçün uğurlu olacağından əminliyini bildirib, FHN Akademiyası ilə işbirliyindən gözləntilərini açıqlayıb. ATU-da tədris-təhsil prosesinin təşkili, son dövrdə aparılan islahatlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verən rektor universitet nəzdində fəaliyyət göstərən klinikaların işindən, tələbə və rezidentlərin inkişafı üçün həyata keçirilən layihələrdən də söz açıb. O, ötən il ATU əməkdaşları və həkimlərinin Azərbaycan üçün taleyüklü iki cəbhədə - Vətən müharibəsində və koronavirusla mübarizədə aktiv iştirak etdiklərini diqqətə çatdırıb.
Daha sonra hər iki təhsil müəssisəsi arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə elmi tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət, müvafiq təhsil müəssisələrinin əlaqələrinin genişləndirilməsi, müxtəlif birgə layihələrin, elmi, tədris və metodiki dərclər və nəşrlərin hazırlanması və bir sıra digər məsələlər nəzərdə tutulub. Qeyd olunub ki, ATU və FHN Akademiyasının işbirliyi tibb təhsili sahəsində peşəkar kadrların yetişdirilməsi işinə də öz töhfəsini verəcək.
Görüşdən sonra G.Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti FHN Akademiyasının maddi-texniki bazası, tədris şəraiti və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova