Valyuta.com

Ötən il Bakıda təcili yardım xidmətinə 700 mindən çox müraciət olub

Ötən il Bakıda təcili yardım xidmətinə 700 mindən çox müraciət olub

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini İradə Əliyeva ötən ilin yekunlarına dair və hazırkı vəziyyətlə əlaqədar müsahibə verib.

- Əvvəlki illərlə müqayisədə keçən il BŞTTTYS-na müraciətlərin sayı dəyişibmi?
- 2020-ci il ərzində BŞTTTYS-na 702 426 ümumi müraciət daxil olub, bunlardan 77 min halda xəstə hospitalizasiya edilib. Uşaqlar üçün edilən çağırışların sayı 53 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 mindən artıq olub. Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var.

- Sərt karantin rejimi təcili tibbi yardım xidmətinin fəaliyyətinə necə təsir edib?
- Pandemiya ilə əlaqədar əhali yoluxmaqdan qorxaraq, tibbi heyətlə təmasdan çəkinib, xroniki xəstələrin və yaşlıların müraciətləri azalıb, karantin rejimi tətbiq olunduğundan, bədbəxt hadisələr, yol-nəqliyyat qəzaları, travmalar daha az olub, məktəbəqədər, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən uşaq və gənclər arasında xəstələnmə halları azalıb.

- Hazırda stansiyaya gündəlik nə qədər çağırış gəlir və necə icra olunur?
- İndi “103” xidmətinə gündəlik daxil olan müraciətlərin sayı 2 minədəkdir. Bu müraciətlərin içərisində ürək-damar, tənəffüs sistemi, şəkərli diabet, miokard infarktı, insult, cərrahi xəstəliklər, doğuş və s. ilə bağlı çağırışlar üstünlük təşkil edir. Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur.

- Koronavirusla əlaqədar müraciətlər azaldığına görə BŞTTTYS çağırışlarla bağlı əvvəlki qaydalara dəyişiklik edibmi?
- Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, xəstəliyi simptomsuz və ya yüngül keçirən, hərarəti 38 dərəcəyə qədər olan şəxslərin müayinəsi, müalicəsi, müşahidə altında saxlanması və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlandı. Bu da öz növbəsində COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu.
Hərarəti 38 dərəcədən yüksək, hamiləliyi, yaxud yanaşı xroniki xəstəliyi (şəkərli diabet, ürək-damar, tənəffüs sistemi xəstəlikləri) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür.
Stansiyada psixoloq da çalışır. O, bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji dəstəyə ehtiyacı olanlara müvafiq yardım göstərir.
BŞTTTYS-nin kollektivi var qüvvəsi və bacarığı ilə, tibb sahəsində olan yeniliklərdən istifadə etməklə xalqın sağlamlığı keşiyində durur.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova