Valyuta.com

Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə üzrə İşçi qrupu sahə məntəqələrinin ikinci monitorinqini keçirib

Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə üzrə İşçi qrupu sahə məntəqələrinin ikinci monitorinqini keçirib

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən İşçi qrupu tərəfindən COVID-19 virusu ilə mübarizə məqsədilə yaradılmış sahə məntəqələrinin ikinci monitorinqi həyata keçirilib.
Bu prosesin ilkin mərhələsi iyun ayının sonunda – İşçi qrupunun yaradılması ilə bərabər həyata keçirilib və əsas məqsədi sahə məntəqələrinin işinin təşkil edilməsindən ibarət olub. Bundan sonra sahə məntəqələrinin iş proseslərinə nəzarət olunub, onların qəbul edilmiş qaydalara uyğun olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi videomonitorinqlər keçirilib.
İyulun 25-dən avqustun 15-nə kimi keçirilən ikinci monitorinqin əsas məqsədi tibbi heyətin COVID-19 virusu ilə bağlı davamlı təlimatlandırılması, burada aparılan iş prosesinin düzgün idarə edilməsi, keyfiyyətli şəkildə koordinasiyasına nəzarət olunmasıdır. İşçi qrup monitorinq zamanı aşkarlanan nöqsan, çətinlik, spesifik hallar və inkişaf sahələri üzrə də öz peşəkar tövsiyələrini verib.
Monitorinq xüsusi yoxlama vərəqəsi üzrə həyata keçirilib, ona əsasən nəzarətə götürülən sahələr aşağıdakılardır:
1) Sahə məntəqəsinin yerləşdiyi bina və onun girişinin monitorinqi. Adətən sahə məntəqələri poliklinikaların ayrıca korpusunda yerləşir, yaxud poliklinikanın birinci mərtəbəsi sahə məntəqəsi üçün ayrılır. Məntəqəyə mütləq ayrıca giriş təmin edilir. Bu şərtləri qarşılaya bilməyən poliklinikaların ərazisində xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş konteynerlər quraşdırılıb. Bu məntəqələr qırmızı lentlərlə əhatə olunub, girişlərində həmin məkanların COVID-19 virusu ilə mübarizə üçün ayrıldığı qeyd edilib. Kənar şəxslərin qəti şəkildə binaya və yaxud konteynerə daxil olmalarının qadağan edildiyi vurğulanıb;
2) Sahə məntəqəsində fəaliyyət göstərən tibb personalının və səyyar tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi. Mövcud karantin şəraitində koronavirus xəstələrinə evdə xidmət edən həkim və tibb personalı xüsusi qoruyucu geyimlə təmin olunur. İstifadə ediləndən sonra bu geyimlər düzgün şəkildə ləğv edilmək məqsədilə xüsusi “çirkli” zonalara toplanır, sonra aidiyyətli qurumlara utilizasiya məqsədilə təhvil verilməsinə nəzarət olunur;
3) Sahə məntəqəsinə ayrılmış tibbi ləvazimatların təhvil-təslim aktları üzrə hesabatların yoxlanılması. Hər məntəqə üçün ayrılmış qoruyucu kombinezon, maska, papaq, əlcək və eynəkdən ibarət olan tibb ləvazimatların saylarının təhvil-təslim aktları üzrə hesabatlarına nəzarət edilir və əlavə qoruyucu dəstlərə ehtiyacı müəyyən edilir;
4) Dərmanların saxlanılması şəraiti. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən xəstələrə evdə müalicə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının sahə məntəqəsində saxlanılma şəraitinə və çatdırılma prosesinə nəzarət edilir;
5) Yoluxma şübhəsi ilə daxil olan müraciətlər üzrə götürülən COVID-19 testinin barkodlaşdırılması və sənədləşdirilməsi. Yoluxma şübhəsi ilə müraciət edən vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Həmin test məntəqəyə gətirilir, barkodlaşdırılır və sənədləşdirilir. Bu prosesin düzgün aparılması çox vacib əhəmiyyət daşıyır və daim işçi qrupunun diqqət mərkəzində saxlanılır;
6) 814 Çağrı mərkəzi və poliklinikaların nəzdindəki qeydiyyat şöbəsinin funksionallığı. Vətəndaşlar yoluxma şübhəsi yarandıqda ilk addım olaraq 814 Çağrı mərkəzi və ya poliklinikaların nəzdindəki qeydiyyat şöbələrinə telefonla müraciət edirlər. Çağrı mərkəzinin və qeydiyyat şöbələrinin bilavasitə vəzifəsi daxil olmuş müraciəti rəsmiləşdirmək və onu vətəndaşın ünvanına əsasən sahə həkiminə yönləndirməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır və dəyərləndirmə əsasında COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin COVID-19 ilə mübarizə üzrə İşçi qrupunun həyata keçirdiyi ikinci monitorinqin nəticəsi göstərib ki, simptomsuz və yüngül simptomlu COVID-19 xəstələrinin ev şəraitində müayinə və müalicəsi üçün yaradılmış sahə məntəqələri əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinin iş həcminin azalmasına əhəmiyyətli dərəcədə dəstək olub, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova