Valyuta.com

Azərbaycan və Moldova Prezidentləri arasında videoformatda görüş keçirilib

Azərbaycan və Moldova Prezidentləri arasında videoformatda görüş keçirilib

Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.
Moldova Prezidenti İqor Dodon dövlətimizin başçısı İlham Əliyevi salamlayaraq, onunla heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə şad olduğunu deyib. Qələbə Günü münasibətilə Azərbaycan Prezidentini təbrik edən Moldova dövlət başçısı pandemiyaya qarşı mübarizədə bu ölkəyə kömək göstərmək barədə qərar qəbul etdiyinə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib: “Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq.
Prezident İlham Əliyev də İqor Dodonu və onun timsalında bütün Moldova xalqını Qələbə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, ölkələrimiz ikitərəfli planda daim aktiv qarşılıqlı fəaliyyətə istiqamətlənib: “Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda görüşlərimizi xatırlayıram. Bu çətin gündə Azərbaycanın Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir. Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza və həmçinin bu gün bunu qeyd etdiyinizə görə təşəkkür edirəm. Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə, əminəm ki, bugünkü müzakirəmiz də çox faydalı olacaq və nəticəyə istiqamətlənəcək”.
Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışıblar.
Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd ediblər. Postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının və biznes forumun keçirilməsi perspektivləri müzakirə olunub.
Moldova Prezidenti dövlətimizin başçısının ölkəsinə rəsmi səfəri ilə bağlı dəvətini bir daha diqqətə çatdırıb. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova Prezidenti İqor Dodonu Azərbaycana rəsmi səfərə dəvət edib.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova