Valyuta.com

Təcili yardım xidməti COVID-19-la mübarizənin ön cəbhəsində

Təcili yardım xidməti COVID-19-la mübarizənin ön cəbhəsində

Gün ərzində təcili yardıma daxil olan 2400 çağırışdan 500-ə qədəri koronavirusa yoluxma şübhəsi ilə bağlı müraciətlərdir

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi də gücləndirilmiş iş rejimində çalışır. İnfeksiya ilə mübarizə aparmaq məqsədi ilə stansiyanın 21 bölməsinin hər birində bir neçə koronavirus briqadası təşkil edilib. “103” xidmətinə gündəlik daxil olan 2000-2400 çağırışdan təxminən 500-ə qədəri yoluxma şübhəsi ilə daxil olan müraciətlərdir. Xüsusiləşmiş təcili yardım briqadaları hərarəti yüksək olan şəxslərin ünvanlarına gedərək, vətəndaşların hərarətlərini ölçüb, laborator müayinə üçün yaxma nümunəsi götürərək, stansiyanın filiallarının birində təşkil edilmiş laborator-çeşidləmə məntəqəsinə çatdırırlar. Həmin laborator nümunələr çeşidlənərək, üzərlərinə barkod vurulur və mərkəzləşmiş laboratoriyaya çatdırılır. Bu laborator məntəqə fasiləsiz olaraq gün ərzində 24 saat çalışır.

Laborator müayinənin nəticəsinin müsbət çıxması barədə təcili yardım xidmətinə məlumat daxil olduqdan sonra həmin şəxs Xüsusiləşmiş təcili yardım briqadaları tərəfindən infeksiya ilə mübarizə aparan xəstəxanalara yerləşdirilir. Yoluxmuş şəxslə təmasda olan ailə üzvləri, iş yoldaşları və yaxınlarından da müayinə materialı götürülür və həmin şəxslər müayinənin nəticəsi məlum olanadək karantinə alınırlar.

Həmçinin xarici ölkələrdə təhsil alan tələbələr və iş adamları da ölkəmizə qayıdarkən, təcili yardım xidməti tərəfindən müvafiq karantin bölgələrinə və xəstəxanalara yerləşdirilirlər.

Abşeron rayonu və Sumqayıt şəhərindəki şübhəli şəxslərdən də laborator müayinə materiallarının götürülməsi və mərkəzləşmiş laboratoriyaya çatdırılması, həmçinin xəstəxanalardan bölgələrə şübhəli şəxslərin daşınması da Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən icra edilir.

Laborator müayinələrin nəticələrini öyrənmək üçün “103” xidmətinə daxil olan zənglərin sayı bir neçə dəfə artıb. Bu zənglərin cavablandırılması Mərkəzləşdirilmiş dispetçer xidmətinin ağır olan işini daha da çətinləşdirsə də, təcili yardımın çağırış qəbulu üzrə tibb bacıları və şöbənin böyük həkimləri bu işin öhdəsindən bacarıqla gəlirlər.

Təcili yardım xidmətinin işçiləri öz sağlamlıqlarını təhlükəyə atmaqla, daim xalqın sağlamlığı keşiyində şərəflə dururlar.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova