Valyuta.com

Azərbaycan və Qazaxıstan səhiyyə qurumları memorandum imzaladılar

Azərbaycan və Qazaxıstan səhiyyə qurumları memorandum imzaladılar

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Qazaxıstan Respublikasının nümayəndələrinin iştirakı ilə “Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası” mövzusunda dəyirmi masa keçirilib. Səhiyyə Nazirliyinin, Klinik Tibbi Mərkəzin, Respublika Müalicə və Diaqnostika Mərkəzinin, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə klinikalarının və digər tibb müəssisələrinin nümayəndələri dəyirmi masada iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd Azərbaycanda akkreditasiya meyarlarına keçidlə bağlı mövcud vəziyyəti və atılan addımları müzakirə etmək, Qazaxıstanda bu istiqamətdə aparılan işləri və əldə edilən təcrübəni öyrənmək olub.
Dəyirmi masada çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası, standartları və tətbiqi ilə bağlı iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, akkreditasiyaya keçid səhiyyə xidmətlərinin qiymətləndirilməsinə imkan verir: “Tibb müəssisələrinin müəyyən edilmiş standartlara və ya meyarlara uyğun olması əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsinə şərait yaradır”.
Qazaxıstan Respublikasının Səhiyyədə Keyfiyyət Akkreditasiya Mərkəzinin sədri Botagoz Kaupbayeva və Akkreditasiyanın təkmilləşdirilməsi şöbəsinin müdiri Daniyar Ospanov ölkələrində akkreditasiya konsepsiyası, metodologiyası və faydaları haqqında geniş təqdimatla çıxış ediblər.
Yekunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Qazaxıstan Respublikasının Səhiyyədə Keyfiyyət Akkreditasiya Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova