Valyuta.com

Kardiologiya İnstitutunda ürək xəstələrinin düzgün qidalanmasından danışılıb

Kardiologiya İnstitutunda ürək xəstələrinin düzgün qidalanmasından danışılıb

Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası ilə birgə “Kardioloji pasiyentlərdə düzgün qidalanma, qidaların sağlam hazırlanma üsulları və Azərbaycan mətbəxinə uyğunlaşdırılması” adlı konfrans keçirib.
Tədbirdə Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyasının həmtəsisçisi, Böyük Britaniya Müasir Səhiyyə Kollecinin məzunu, beynəlxalq sertifikatlı həkim-diyetoloq Emil Hidayətli “Kardioloji pasiyentlərdə qidalanma” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konfransda layihə çərçivəsində əməkdaşlığın silsilə tədbirlərlə davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, Elmi Tədqiqat Kardiologiya İnstitutunda Azərbaycanda ilk dəfə ürək xəstələri üçün məktəb yaradılıb. Orada xəstələrə və onların yaxınlarına bu xəstəliklərin səbəbləri, düzgün həyat tərzi və xəstələrin vəziyyətinə uyğun pəhrizin saxlanması yolları izah olunur. Proqrama kliniki kardioloqlar, psixoloqlar, reabilitoloqlar, diyetoloqlar və endokrinoloqlar cəlb olunub.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova