Valyuta.com

Ginekologiyada qanaxmaların cərrahi dayandırılma metodları

Ginekologiyada qanaxmaların cərrahi dayandırılma metodları

Rusiyalı həkimlər bu mövzuda beynəlxalq kurs apardılar

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daim axtarışlar gedir, təhsilin yeni forma və metodları tətbiq olunur. Burada keçirilən ixtisasartırma kurslarında tədris prosesinə xarici mütəxəssislərin cəlb edilməsi də bu sahədə atılan addımlardandır. 2014-cü ildən başlayaraq, İnstitutun Pediatriya, Terapiya, Kardiologiya, Şüa diaqnostikası, Mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Belçika, Avstriya, Danimarka, Niderland, Rusiya və Belarusdan gəlmiş yüksəkixtisaslı mütəxəssislər tələbat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirlər.
ADHTİ ilə İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (BMDTU) arasında bağlanmış müqaviləyə əsasən, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsində olurlar. Həmçinin institutda təhsil alan həkim-müdavimlər və müxtəlif tibb müəssisələrinin həkimləri burada təkmilləşdirmə kursları keçir, mühazirələrdə iştirak edirlər.
Beynəlxalq təhsil proqramı çərçivəsində Ə.Əliyev adına ADHTİ-də İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Mamalıq və ginekologiya və Operativ cərrahiyyə kafedralarının professor-müəllim heyətinin iştirakı ilə “Kliniki anatomiya ilə operativ ginekologiya. Ginekologiyada qanaxmaların dayandırılmasının cərrahi metodları” mövzusunda kurs keçirilib. Təlimdə BMDTU-nun Mamalıq və ginekologiya kafedrasının müdiri, professor Sergey Levakov və Operativ cərrahiyyə kafedrasının müdiri, professor Sergey Dıdıkin mühazirələr oxuyub, məşğələlər aparıb, uzun illər boyu topladıqları təcrübəni həkimlərlə bölüşüblər. Müdavimlərə bu sahədə ən müasir məlumatlar çatdırılıb, ölkəmizdə ilk dəfə olaraq müxtəlif cərrahi metodikalar əyani olaraq nümayiş etdirilib və sonradan klinikada canlı həyata keçirilib.
Həkimlərin həmin kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq etməsi ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində tibbi xidmətlərin keyfiyyətinin artmasına töhfələr verəcək.шаблоны для dle 11.2





Iyun 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova