Valyuta.com

Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli Qanunun icrası ilə əlaqədar Milli Məclisin bir sıra məcəllə və qanunlara etdiyi dəyişiklikləri təsdiqləyib.
Dövlət başçısının imzaladığı sənədlərdən biri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanundur.
Bu sənədə əsasən, Əmək Məcəlləsində bir sıra uyğunlaşdırıcı və dəqiqləşdirici dəyişikliklər edilir və “İşçilərin icbari tibbi sığortası” adlanan 307-1-ci maddə əlavə olunur. Maddədə deyilir: “İşəgötürən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir”.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.2-ci maddəsində isə “pulsuz” sözü “müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına)” sözləri ilə əvəz edilir.
Prezidentin imzaladığı digər sənəd «“Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə» Qanundur.
Sadalanan qanunlara dəyişikliklər əsasən tibbi xidmətlərin ödənilməsinin maliyyə mənbəyinin dəqiqləşdirilməsi xarakteri daşıyır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun “İlkin tibbi-sanitariya yardımı” adlı 32-ci maddəsi aşağıdakı yeni redaksiyada verilir:
“İlkin tibbi-sanitariya yardımı əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür.
İlkin tibbi-sanitariya yardımı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
İlkin tibbi-sanitariya yardımının təşkili və göstərilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.
Qanunun 33-cü maddəsində həmçinin özəl tibb fəaliyyəti subyektlərinin ehtiyacı olan şəxslərə göstərdiyi təcili tibbi yardıma görə onlara icbari tibbi sığorta vəsaitləri hesabına, müəyyən edilmiş tariflərə uyğun olaraq ödəniş edilməsi haqqında müddəa yer alıb.
Analoji maddə “Özəl tibb fəaliyyəti haqqında” Qanuna da daxil edilib.
Dövlət başçısı “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 296 nömrəli, “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli və “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 may tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman da verib. Bu sənəddə həmin qanunların müxtəlif maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən şəxs və ya qurumlar müəyyən edilir.
Ölkə rəhbərinin daha bir Fərmanı “Azərbaycan Respublikası Prezidentinin “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli və “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 29 avqust tarixli 253 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” adlanır. Bu sənədlərə olunan dəyişikliklər də icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərində dəqiqləşdirmələrlə bağlıdır.
Prezident İlham Əliyev ““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” daha bir Qanun da imzalayıb. 20 noyabr 2020-ci il tarixli bu sənədlə Milli Məclis “Tibbi sığorta haqqında” Qanunun 7.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözlərini “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edib. Həmçinin bir sıra hallarda “səhiyyə xidməti” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz olunub.
Dövlət başçısı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 201-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli 502 nömrəli və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 24 dekabr tarixli 898 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman da verib.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova