Valyuta.com

Səhiyyə nazirinin müavini Viktor Qasımov: "Koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək"

Səhiyyə nazirinin müavini Viktor Qasımov: "Koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək"

Artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə tətbiqinə başlanılıb. Ölkəmizdə də vaksinlərin alınması ilə əlaqədar kifayət qədər hazırlıq işləri görülüb.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini bildirib ki, vaksinlərin alınması ilə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparılıb: “Ölkəmiz GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, həmin qurumdan vaksin alınması nəzərdə tutulub. İkitərəfli danışıqlarda isə qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik, orada aparılan işlərlə bağlı məlumatlıyıq və işbirliyi yaradılıb”.
Viktor Qasımov həmçinin qeyd edib ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiya strategiyası, demək olar ki, tam hazırdır və yaxın günlərdə hökumət tərəfindən qəbul olunacaq.
Səhiyyə nazirinin müavini vurğulayıb ki, vaksinasiya pulsuz həyata keçiriləcək. O bildirib ki, risk qrupları müəyyənləşdirilib və peyvəndləməyə ilk növbədə onlardan başlanılacaq.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova