Valyuta.com

Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib

Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib

Səhiyyə Nazirliyində Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə koronavirusla mübarizə üzrə geniş müşavirə keçirilib.
Nazirlər Kabineti yanında operativ qərargahdan bildirildiyinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşlarının iştirak etdiyi müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.
Toplantıda koronavirusun profilaktikasının və xəstələrin müalicəsinin səmərəli təşkili, eləcə də əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub.
Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib.
Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.шаблоны для dle 11.2





Daha çox

]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova