Valyuta.com

Ordubad və Babək rayonlarında icbari tibbi sığorta tətbiq olundu

Ordubad və Babək rayonlarında icbari tibbi sığorta tətbiq olundu

Naxçıvan Muxtar Respublikasında Ordubad və Babək rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanıb.
Ordubadda bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Ordubad rayonunda icbari tibbi sığortaya keçidlə bağlı işlərə bu ilin noyabr ayından başlanılıb. Bu rayonda əhaliyə Rayon Mərkəzi Xəstəxanası, 12 həkim ambulatoriyası və 27 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov muxtar respublikada icbari tibbi sığortanın tətbiqi üçün görülən işlərdən danışıb, bildirib ki, burada yeni sistemin tətbiqi təkamül yolu ilə aparılıb, tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilib. Artıq Sədərək, Şərur, Kəngərli və Şahbuz rayonlarında bu iş başa çatdırılıb. Samiq Sadıxov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədi ilə görülən işləri diqqətə çatdırıb.
Tibb bacısı Elnarə Həmdiyeva səhiyyə sahəsinə göstərilən qayğıya görə tibb işçiləri adından minnətdarlıq edib, yaradılan şəraitdən istifadə edərək əhaliyə hərtərəfli səhiyyə xidməti göstərəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib, deyib ki, əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsinin müasir yolu icbari tibbi sığortanın tətbiqidir: “Lakin lazımi səhiyyə infrastrukturu yaratmadan bu işi həyata keçirmək mümkün deyil. Ona görə də xəstəxanalara kompüter proqramı təminatı üçün fiberoptik kabel çəkilib, internetlə təmin olunub. Səhiyyə müəssisələri – rayon mərkəzi xəstəxanaları, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələri yenidən qurulub, müasir tibbi avadanlıqlarla təmin olunub, yeni texnologiyalar tətbiq edilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada səhiyyə xidmətinin səviyyəsi yüksəlib. Ordubad rayonunda da bu sahədə əhəmiyyətli tədbirlər görülüb, səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 tibbi xidmətin 700-ə yaxını Ordubad rayonundakı səhiyyə müəssisələri tərəfindən həyata keçiriləcək. Rayonda yaradılan müasir səhiyyə infrastrukturu, görülən işlər gələcəkdə göstərilən tibbi xidmətlərin sayının artmasına və əhalinin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək, 50 mindən artıq rayon əhalisi öz yaşadıqları ərazidə bu xidmətlərdən faydalanacaq”.
Ali Məclisin Sədri vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərinin əməkhaqları 50 faiz artırılacaq. Vasif Talıbov kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Analoji tədbir Naxçıvan Muxtar Respublikasının Babək rayonunda da təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov rayonda icbari tibbi sığortaya hazırlıq məqsədi ilə görülən işlərdən danışıb.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov, tibb bacısı Həmidə Quliyeva çıxış edərək, tibbi sığorta sisteminin tətbiqinin açdığı imkanlardan danışıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, muxtar respublika sakinləri icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətdən yararlanırlar. Babək Rayon Mərkəzi Xəstəxanasında isə bu tibbi xidmətlərdən 641-i tətbiq olunacaq. Yaradılan şərait və peşəkar tibbi heyətin formalaşması bu işlərin uğurla həyata keçirilməsinə imkan verəcək.
Qeyd edilib ki, Babək rayonunda 76 mindən artıq əhaliyə Rayon Mərkəzi Xəstəxanası, 2 sahə xəstəxanası, 13 həkim ambulatoriyası və 18 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. 500-ə yaxın tibbi heyət əhalinin sağlamlığı keşiyində dayanır.
Ali Məclisin Sədri əhaliyə lazımi səviyyədə tibbi xidmətin göstəriləcəyinə əminliyini bildirib, kollektivə uğurlar arzulayıb.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova