Valyuta.com

Qəbələdə media-tur

Qəbələdə media-tur

Səhiyyə Nazirliyi regionlarda tibb müəssisələrində yaradılmış şərait, əhaliyə göstərilən xidmətin keyfiyyəti, eləcə də kadr potensialı ilə tanışlıq, bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bölgələrə media-turların təşkilini davam etdirir. Bu qəbildən jurnalistlərin növbəti səfəri Qəbələ rayonuna olub.
Kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri Qəbələ Rayon Mərkəzi Xəstəxanasını (RMX) gəzərək, orada yaradılan şəraitlə tanış olublar. Baş həkim Sabir Bayramov əsaslı təmir işləri aparılmış və ən son müasir avadanlıqlarla təchiz edilmiş 160 çarpayılıq RMX-da 120 həkim, 365 orta tibb işçisinin çalışdığını bildirib. O, xəstəxananın Poliklinika şöbəsinə ayda təxminən 700-ə yaxın xəstənin müraciət etdiyini diqqətə çatdırıb: “Müraciət edənlərin əksəriyyəti hamilə qadınlardır. Qəbələdə suda yod çatışmazlığı ilə əlaqədar endokrinoloji xəstəliklər, stomatoloji və revmatizm problemləri ilə bağlı şikayətlər çox olur. Bu günə qədər qeydiyyata aldığımız şəkərli diabet xəstələrinin sayı 1780 nəfərə yaxındır. Uşaq poliklinikasına isə ayda təxminən 300-400 müraciət daxil olur. Hazırda xəstəxanamızda Bakıdan gələn 4-5 gənc kadr çalışır. Onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılıb”.
Sabir Bayramov nikahdan əvvəl tibbi yoxlanışlardan keçmək üçün müraciət edən cütlüklərin sayında artım olduğunu da bildirib: “İl ərzində rayon üzrə müraciət edən 300 nəfərə yaxın cütlükdən 5-də hepatit B, hepatit C, iki nəfərdə isə sifilis aşkarlanıb. Əsas məsələlərdən biri də region üzrə nisbətən çox müşahidə edilən talassemiya daşıyıcılarının müəyyənləşdirilməsidir. Qeyd edim ki, Qəbələdə 300-ə yaxın talassemiya xəstəsi var. Bu xəstəliyin erkən aşkarlanması və müdaxiləsi önəmlidir və bu istiqamətdə əlimizdən gələni edirik.
Dünyada səhiyyə, elm, texnologiya inkişaf edir, yeni müalicə metodları həyata keçirilir. Bizim də məqsədimiz əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq, əlçatanlığı artırmaq, yeni metodları tətbiq etməkdir”.
Baş həkim Qəbələ turistik ərazi olduğu üçün xəstəxananın yeni binasının tikintisinə 5 hektara yaxın sahənin ayrıldığını vurğulayıb. Altımərtəbəli yeni xəstəxana binasının 2020-ci ildə istifadəyə verilməsinin planlaşdırıldığını deyib. Bununla yanaşı, rayonda 12 həkim məntəqəsinin, 1 qəsəbə xəstəxanasının fəaliyyət göstərdiyini, bölgədəki tibb müəssisələrinin 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminə problemsiz keçidi üçün imkanların yaradılacağını diqqətə çatdırıb.
Sonra baş həkimin müalicə işləri üzrə müavini Fikrət Cəfərov media nümayəndələrinə RMX-nın şöbələri barədə məlumat verib. Xəstəxananın 8 şöbədən ibarət olduğunu deyən F.Cəfərov Laboratoriya şöbəsində bütün laborator analizlərin aparıldığını vurğulayıb.
Doğum şöbəsinin müdiri Səxavət Kərimova RMX-da ay ərzində təxminən 100, bəzən 130 doğuş həyata keçirildiyini bildirib: “Doğuşayardım xidməti müxtəlif səviyyələrə bölünür. Bizim xəstəxana birinci dərəcəli olduğu üçün ağır xəstələr buraya götürülmür. Bu səbəbdən hamiləliyin 20-25-ci həftəsində hər hansı xəstəliklər və ya ağırlaşmalar müşahidə olunan, ağır patoloji problemli xəstələr Şəki Regional Perinatal Mərkəzinə göndərilir.
Qeyd edim ki, hazırda xəstəxanamızda 665 hamilə qeydiyyata alınıb. Ana olmağa hazırlaşanların qadın məsləhətxanasına müraciətində axırıncı iki ildə artım müşahidə edilir. Son illərdə ana ölümü qeydə alınmır və doğulan 1000 uşaqdan təxminən 5-i dünyasını dəyişir. Bu isə dünya ölkələrinin statistik göstəricilərinə bərabər nəticədir”.
Daha sonra media nümayəndələri Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinin (MDM) fəaliyyəti ilə tanış olublar. Qəbələ MDM-nin baş həkimi Ceyhun Əhmədov qeyd edib ki, bu tibb müəssisəsi hazırda region əhalisinə müasir tələblər səviyyəsində xidmət göstərən səhiyyə ocaqlarından biridir. O, Mərkəzin 2008-ci ildə istifadəyə verildiyini və ümumilikdə 400 minə yaxın əhalinin yaşadığı Qəbələ, Ağdaş, Göyçay, Oğuz, Şəki, İsmayıllı, Ucar, Zərdab rayonlarının sakinlərinə xidmət etdiyini bildirib. Burada əhaliyə həm ambulator-diaqnostik müalicə, həm də stasionar tibbi xidmət göstərildiyini deyib. C.Əhmədov Mərkəzdə quraşdırılan müasir tibbi avadanlıqların ən mürəkkəb cərrahiyyə əməliyyatlarının həyata keçirilməsinə imkan verdiyini söyləyib: “Diaqnostika mərkəzində 2009-cu ildə bölgədə ilk dəfə olaraq Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə briqadasının iştirakı ilə uğurla açıq ürək əməliyyatı həyata keçirilib. Burada fəaliyyət göstərən 7 şöbə, o cümlədən şüa diaqnostikası, cərrahiyyə, reanimasiya, poliklinika və dializ şöbələri ən müasir avadanlıqlarla təmin olunub. Mərkəzimizdə 253 işçi çalışır, onlardan 51 nəfəri müxtəlif ixtisaslı həkimlər, 106-sı isə orta tibb işçiləridir”.
Baş həkimin sözlərinə görə, Mərkəzin Hemodializ şöbəsində müalicə alan hemodializ xəstələrinin sayı ötən illə müqayisədə artıb: keçən il təxminən 30 xəstə hemodializ alırdısa, bu il bu rəqəm 51-ə çatıb. O bunu xəstələrin ömrünün uzanması və müalicəyə vaxtında müraciət olunması ilə izah edib.
C.Əhmədov Mərkəzdə gün ərzində təxminən 80-100 ambulator pasiyentin qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, ay ərzində 100-ə yaxın, il ərzində isə 1200-ə qədər müxtəlif cərrahi əməliyyatlar həyata keçirilir: “Mərkəzdə 4 cərrahi əməliyyat bloku var. Onlardan biri hepatitli xəstələr, biri LOR əməliyyatları, digər ikisi isə ümumi cərrahi əməliyyatlar üçün nəzərdə tutulub”.
KİV nümayəndələri sonda xəstəxanada həyata keçirilən əməliyyatı müşahidə ediblər, həmçinin stasionar müalicə olunan xəstələrin şəraiti ilə tanış olublar.шаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova