Teymur Musayev: “Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur”
Azərbaycan səhiyyəsində məqsədli şəkildə rəqəmsallaşma gedir və süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur. Bu, müəyyən istiqamətlərdə, hələlik əsasən radiologiyada artıq tətbiq olunur. AZƏRTAC xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. “İnanırıq ki, yaxın zamanlarda bu tətbiq digər tibbi sahələri də əhatə edəcək”, - deyə nazir bildirib. Tibbi sığorta zərfində xidmətlərin genişləndiriləcəyini31-03-2025, 09:21





