Tütündən imtina ASAN-laşdı

Tütündən imtina ASAN-laşdı

1 saylı “ASAN xidmət” Mərkəzində “Tütündən imtina səyyar kabineti” layihəsi həyata keçirilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) eyniadlı layihəsi çərçivəsində icra olunan, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), İSİM və ASAN Könüllüləri Təşkilatının birgə təşkil etdiyi aksiya 3 gün davam edib. Həmin müddətdə “Tütündən imtina səyyar kabineti”nə müraciət edən vətəndaşlara həkim-metodist təkcə siqaret çəkənin deyil, ətrafdakıların da sağlamlığına mənfi təsir edən bu zərərli vərdişdən yaxa qurtarmaq üçün yardım göstərib, məsləhətlər verib.
Aksiya ərzində ASAN könüllüləri hər hansı xidmətlə bağlı müraciət edən və gözləmə müddətində olan vətəndaşları tütündən imtina kabinetindən faydalanmağa dəvət edib, onlara tütünün zərərləri, tütün tüstüsünün təsirindən yaranan xəstəliklər və s. haqqında İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylayıblar.
Kabinetin açılışında çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, aksiya “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın müvafiq bəndlərinə uyğun olaraq, həmin sənədə dəyişikliklər edilməsinə dair müzakirələr ərəfəsində həyata keçirilir və tütüncəkmənin əsas risk faktoru olduğu qeyri-infeksion xəstəliklərin əhali arasında profilaktikasına yönəldilib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova