Bakıda beynəlxalq tibb konqresi keçirildi

Bakıda beynəlxalq tibb konqresi keçirildi

Bakıda Almaniya, İsveçrə və Türkiyədən 15-ə yaxın professor və ekspertin, eləcə də müxtəlif ölkələrdən bir çox nümayəndənin iştirakı ilə III Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilib.
Toplantını açan Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, tibb üzrə fəlsəfə doktoru Qurbanxan Müslümov bildirib ki, cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya və ginekologiyanın aktual məsələlərinə həsr olunan Bakı konqresi davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınıb və bu il 24 CME kredit balı ilə qiymətləndirilib.
Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Türkiyənin ölkəmizdəki səfirinin müavini Makbule Koçak, Azərbaycan-Alman-Türk Beynəlxalq Konqresinin prezidenti, professor Frank Villek, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, konqresin təşkilatçılarından Almaniyalı həkim Dəniz Uyak və başqaları çıxış edərək, konqresin əhəmiyyətindən danışıblar.
Beynəlxalq konqresdə tibbin ən aktual problemlərinə həsr olunan məruzələr dinlənilib, ağır kliniki halların müzakirəsi təşkil edilib, üç ölkə mütəxəssislərinin bilik və təcrübə mübadiləsi aparılıb.
3-cü Beynəlxalq Tibb Konqresi çərçivəsində bu il ilk dəfə olaraq 1-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri də keçirilib. Avropada tanınmış Davos Tibb Kurslarının proqramı əsasında, 6 bölmədə keçirilən treninqlərdə həkim və tələbələrə ən müasir mulyaj və modellər üzərində xüsusi peşə vərdişləri və texnikaları öyrədilib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova