Hərbi tibb fakültəsinin yeni tədris binası istifadəyə verildi

Hərbi tibb fakültəsinin yeni tədris binası istifadəyə verildi

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində Azərbaycan Tibb Universiteti (ATU) Hərbi tibb fakültəsinin yeni tədris binası istifadəyə verilib.
Açılış mərasimində Müdafiə Nazirliyinin rəhbər heyəti və ATU-nun rektoru, professor Gəray Gəraybəyli iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün tibbi avadanlıq və bütün kommunikasiya sistemləri ilə təchiz edilmiş ikimərtəbəli yeni bina barədə məlumat verib. Qeyd edib ki, Tibb xidmətinin təşkili və taktikası, eləcə də Hərbi tibbi profilaktika kafedralarının yerləşdiyi korpusda kursantların nəzəri və praktiki hazırlığı müasir tələblərə cavab verən müxtəlif tədris sinifləri, simulyasiya kabinetləri, laboratoriya otaqları və digər yardımçı bölmələrdə həyata keçiriləcək.
Bina ilə tanışlıqdan sonra geniş brifinq salonunda şəxsi heyətlə görüş olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsində olduğu kimi, hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir ötən ilin aprelində cəbhə xəttində baş vermiş döyüşləri, Ermənistanın daim vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlar törətməsini xatırladaraq, hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmalarını, dərin biliklərə və geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də bu günün Hərbi tibb fakültəsinin tarixində əlamətdar gün olduğunu, yeni binada təhsilin yüksək səviyyədə tədris olunması üçün şəraitin yaradıldığını, həmçinin universitet tərəfindən hərbi tibb kadrlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə hərtərəfli köməyin göstəriləcəyini bildirib.
Sonda müdafiə naziri tibbi heyətə müvafiq tapşırıqlarını verib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova