Tibb Universitetində Uşaq psixi sağlamlıq və inkişaf mərkəzi açılıb

Tibb Universitetində Uşaq psixi sağlamlıq və inkişaf mərkəzi açılıb

Son illər uşaqlar arasında inkişaf problemlərinin və autizm spektr pozulmalarının rastgəlmə tezliyinin artması və erkən diaqnostikası həmin məsələyə yeni münasibət tələb edir. Bunu nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Uşaq psixi sağlamlıq və inkişaf mərkəzi açılıb.
Yeni mərkəzin rəhbəri Nigar Sədiyeva fəaliyyətlərinin təkcə klinik deyil, elm və tədris sahəsində də olacağını bildirib: “Mərkəzdə uşaqların inkişaf problemlərinin, pediatrik və psixi xəstəliklərin erkən diaqnostikası və müalicəsi həyata keçiriləcək. Neyroinkişaf problemlərinə multidissiplinar yanaşmanı öz qarşısına məqsəd qoyan mərkəzdə müvafiq fənlərin tədrisi aparılacaq. Bununla yanaşı, mərkəz digər ölkələrdəki analoji qurumlarla əməkdaşlıq edəcək və beynəlxalq təcrübənin qabaqcıl nümunələrini tətbiq edəcək”.
Onun dediyinə görə, mərkəzin üç həkimi ABŞ-da təhsil alıb və inkişaf pediatriyası bölmələrində ixtisasartırma kursları keçiblər.
Qeyd edək ki, mərkəz dörd nəfərlik həkim briqadasından və həkim rezidentlərdən ibarətdir. Həkim briqadasına ATU-nun əməkdaşları – psixiatr İkram Rüstəmov, pediatr Nigar Sədiyeva, assistent Nərmin Quliyeva və uşaq nevroloqu Rima İbadova daxildir.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova