“Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri”

“Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri”

Mərkəzi Elmi Kitabxanada bu mövzuda təlim keçilib

Ölkəmizdə təşkil olunan böyük idman və mədəniyyət tədbirləri ərəfəsində geniş kütlələrin ilkin tibbi yardım göstərmək bacarığının olması məsələsi daim aktuallaşır. Bu baxımdan, IV İslam Həmrəyliyi Oyunları da istisna olmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi tədbir də bu məqsədi daşıyırdı.
IV İslam Həmrəyliyi Oyunları könüllülərinin iştirakı ilə keçirilən tədbirdə İSİM-in dəvəti ilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktor müavini Malik Abbasovun “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri” mövzusunda maarifləndirici mühazirəsi dinlənilib.
İlkin tibbi yardımın məqsəd və vəzifələri barədə məlumat verən direktor müavini xüsusi manekendən istifadə etməklə, tənəffüs dayandığı halda süni tənəffüs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını iştirakçıların nəzərinə çatdırıb. Döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, tənəffüs yoluna yad cismin düşməsi zamanı göstərilməli ilk yardım qaydaları bilavasitə könüllülərin iştirakı ilə təqdim olunub.
Mühazirədə həmçinin yanıqlar zamanı ilkin yardımın göstərilməsi, qanaxmaların dayandırılması üsulları, sınıq-çıxıq və zədələnmələrdə ətrafların fiksasiya edilməsi qaydaları, qıcolmalar vaxtı düzgün yardımla bağlı ətraflı məlumat verilib.
İnteraktiv formada keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova