AIDA Cibuti xalqına göstərilən səhiyyə xidmətlərini yüksəldəcək

AIDA Cibuti xalqına göstərilən səhiyyə xidmətlərini yüksəldəcək

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev ölkəmizdə səfərdə olan Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ə.Şıxəliyev AIDA-nın İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində həyata keçirdiyi “Görmə qabiliyyətinin qarşısı alına bilinən itirilməsi ilə mübarizə” kampaniyası barədə məlumat verib. Tərəflər bu kampaniyanın Cibuti Respublikası üçün əhəmiyyətini qeyd edib, Azərbaycanın bu sahədə töhfəsinin artırılmasına dair müzakirələr aparıblar. Bununla yanaşı, görüşdə Cibuti xalqına səhiyyə sahəsində göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova