Yeni Elektron Xidmət istifadəyə verildi
Səhiyyə Nazirliyinin əhaliyə təqdim etdiyi elektron xidmətlərin siyahısına daha biri əlavə olunub. Belə ki, “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətinin istifadəsini asanlaşdırmaq məqsədi ilə bu xidmət yenidən hazırlanıb və vətəndaşların istifadəsinə verilib.
Yeni elektron xidmətin yaradılması və istifadəyə verilməsi Səhiyyə Nazirliyinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na, onun icrası üzrə 2017-ci il üçün İş Planı”na, Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planı”na uyğun surətdə həyata keçirilib.