Yanvarda 10 mindən çox adam nikahdan öncə tibbi müayinədən keçib

Yanvarda 10 mindən çox adam nikahdan öncə tibbi müayinədən keçib

Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu ilin yanvar ayının sonuna qədər 238 509 nəfər tibbi müayinədən keçib. Yalnız 2017-ci ilin yanvar ayı ərzində nikaha daxil olmaq istəyən 10 215 nəfər müayinə edilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub. Bununla belə, onların bəzilərində müxtəlif infeksiyalar və talassemiya daşıyıcılığı aşkarlanıb. Müayinələr nəticəsində ailə qurmaq istəyən 10 501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə İİV infeksiyası müəyyən edilib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova