Xocalı – sağalmayan yaramız
Xocalı faciəsinin 25-ci ildönümü ölkəmizin bütün dövlət və qeyri-dövlət qurumlarında olduğu kimi, Səhiyyə Nazirliyində, onun idarə və müəssisələrində də hörmətlə anılıb.
Nazirliyin kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Bir çox tibb müəssisəlində, o cümlədən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində, Kliniki Tibbi Mərkəzdə və digər səhiyyə ocaqlarında Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb, erməni vandalizmi qətiyyətlə pislənib. Bildirilib ki, xalqımız Azərbaycanın və ümumiyyətlə bəşəriyyətin tarixinə ən dəhşətli və faciəli səhifələrdən, ən amansız və qəddar kütləvi terror aktlarından biri kimi daxil olmuş Xocalı soyqırımını heç bir zaman unutmayacaq, onu törədənləri əsla bağışlamayacaq.
Tədbirlərin sonunda qanlı tarixi – Xocalı faciəsini əks etdirən sənədli filmlər nümayiş olunub.