Bakıda I Endoskopiya Forumu keçirilib

Bakıda I Endoskopiya Forumu keçirilib

Bakıda – Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) I Endoskopiya Forumu – “Mədə-bağırsaq xəstəliklərinin müayinə və müalicəsində endoskopik üsullar” mövzusunda konfrans və bəzi mədə-bağırsaq patologiyalarında ESD (Endoscopic Submucosal Dissection) üsulunun tətbiqi üzrə ustad dərsi keçirilib.
Konfransı giriş sözü ilə Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev açıb.
Toplantıda MOM-un Endoskopiya şöbəsinin müdiri Elman İbrahimov “Mədə-bağırsaq sisteminin polipozları və onların endoskopik müalicə üsulları”, şöbənin əməkdaşları Əsəd Hacıyev “Qanaxmalar və xoşxassəli daralmalar zamanı endoskopik üsulların tətbiqi”, Həcər Həsənova “Qida borusunun müxtəlif etiologiyalı daralmaları zamanı stentləşmə” mövzularında məruzələr ediblər. Həmçinin N.N.Petrov adına Sankt-Peterburq Elmi Tədqiqat Onkologiya İnstitutunun (Rusiya) Endoskopiya şöbəsinin müdiri Oleq Tkaçenko ESD – selikaltı endoskopik disseksiya metodu, mədə-bağırsaq traktının müəyyən patologiyaları zamanı onun tətbiqi barədə, eləcə də O.Yemelyanova “Endoskopik müayinələrdə istifadə olunan yeni nəsil cihaz və alətlər” mövzusunda təqdimatlarla çıxış ediblər.
Forum çərçivəsində Oleq Tkaçenko ustad dərsi də keçirib. O, MOM-un əməliyyatxanasında endoskopik polipektomiya əməliyyatını icra edib. Yoğun bağırsağın poliplərinin endoskopik üsulla kəsilib götürülməsi əməliyyatı onlayn rejimdə “master-klass” iştirakçılarına nümayiş olunub.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova