Həkimləri Təkmilləşdirmə İnstitutunda neonatal kardiologiya üzrə təlim kursları keçirilib

Həkimləri Təkmilləşdirmə İnstitutunda neonatal kardiologiya üzrə təlim kursları keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anadangəlmə ürək qüsurlarına dair növbəti təlim keçirilib.
Kurslar səhiyyə nazirinin 2016-cı il 16 mart tarixli sərəncamına əsasən, Respublika Perinatal Mərkəzi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Bakı şəhər Uşaq Klinik Xəstəxanasının iştirakı ilə həyata keçirilən xüsusi neonatal skrininq proqramı çərçivəsində təşkil edilib.
Həmin proqrama əsasən, bu tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarının yoxlanması məqsədilə skrininq nəbz oksimetriyası aparılır, ürək qüsuru, xüsusilə də kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülür. “Rostropoviç-Vişnevskaya Fondu”nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən, beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi bu pilot skrininq proqramı çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya və neonatologiya üzrə təkmilləşdirmə kurslarında 2016-cı ildən başlayaraq neonatoloqlar, pediatrlar, uşaq kardioloqları və reanimatoloqlar üçün "Neonatal kardiologiya" mövzusunda xüsusi təlim kursları keçirilir.
Kurslarda iştirak edən müdavimlər onun böyük maraq kəsb etdiyini bildiriblər. İl boyu yenidoğulmuşlara xidmət və qulluğa dair bu kimi digər kursların da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamına əsasən təsdiqlənmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən körpələrin sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması və müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və tibbi reabilitasiyasının təşkili məqsədilə dövlət proqramı çərçivəsində aidiyyətli dövlət tibb müəssisələri müvafiq avandanlıqla təchiz edilib.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova