3100-dən çox xəstə dövlət hesabına hemodializ müalicəsi alır

3100-dən çox xəstə dövlət hesabına hemodializ müalicəsi alır

Hazırda Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların hemodializ müalicəsi problemi tamamilə həll edilib. Ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən 38 hemodializ mərkəzindəki 590 süni böyrək aparatında 3111 pasiyent dövlət hesabına hemodializ seansları keçir. Onların 1273-ü Bakıda, 1838 xəstə isə bölgələrdə dializ müalicəsi alır.
Bu rəqəmlər Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzində (KTM) xroniki böyrək çatışmazlığı ilə mübarizə sahəsində 2016-cı ilin yekunlarına həsr edilmiş toplantıda səsləndirilib.
Tədbirdə KTM-nin Hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov qeyd edib ki, xroniki böyrək çatışmazlığı böyrək xəstəliklərinin, sidik keçiriciliyi pozulmalarının, ürək-damar və kollagen xəstəliklərin, endokrin pozuntuların və s. nəticəsi ola bilər. Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.
Bildirilib ki, regionlarda hemodializ mərkəzlərinin açılması xəstələri bu seanslar üçün uzun məsafə qət edərək Bakıya gəlmək məcburiyyətindən azad edib. Xroniki böyrək çatışmazlığı üzrə 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, keçən il Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib. Bu il də bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi –Zərdab və Masallıda yeni hemodializ mərkəzlərinin açılması, Bakıda 3 saylı Şəhər Xəstəxanasında əlavə 10 aparatın, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında yeni 20 aparatlıq Hemodializ şöbəsinin və Sumqayıtda 20 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
M.Cəlalov vurğulayıb ki, hazırda Azərbaycanda pulsuz hemodializlə müalicə üçün növbə gözləyən yoxdur. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar.
Tədbirdə həmçinin qeyd edilib ki, bu gün Azərbaycanda böyrək və başqa orqanlar köçürülən 679 xəstə qeydiyyatdadır. Onların da müayinəsi və müalicəsi, 13 adda dərman preparatları ilə təminatı dövlət vəsaiti hesabına aparılır.
Bildirilib ki, dövlət başçısının göstərişi ilə ölkədə əhalinin kütləvi dispanserizasiyadan keçirilməsi belə xəstələrin aşkarlanması və vaxtında müalicəyə cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova